Baş nazir: Azərbaycan və Gürcüstan regional əməkdaşlığın gücləndirilməsində aparıcı rol oynayır
Yusif Nəzərli
06:55 22.10.2025
Siyasət
338
Şərqlə Qərbi birləşdirən strateji nəqliyyat marşrutu – Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan və Gürcüstan əsrlər boyu Avropa ilə Asiya arasında körpü rolunu oynayaraq ticari-iqtisadi əlaqələrin inkişafına, mədəni və humanitar mübadilənin möhkəmlənməsinə mühüm töhfələr veriblər.
APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov 5-ci Tbilisi İpək Yolu Forumunda çıxışında bildirib.
Baş nazir deyib ki, bu gün Azərbaycan və Gürcüstan həmin tarixi missiyanı yeni məzmunda davam etdirərək regional əməkdaşlığın gücləndirilməsində aparıcı rol oynayırlar, Avrasiya məkanında yeni nəqliyyat və logistika marşrutlarının formalaşmasında əsas iştirakçılar qismində çıxış edirlər: “Azərbaycan və Gürcüstanı birləşdirən dostluq və strateji tərəfdaşlıq münasibətləri uzun illərdir ki, regionda sabitliyin və inkişafın mühüm dayaqlarından biridir. Bu gün ölkələrimiz yalnız siyasi baxımdan deyil, həm də iqtisadi, enerji və nəqliyyat sahələrində etibarlı tərəfdaşlardır. Nəqliyyat-tranzit sahəsi ənənəvi olaraq gündəliyimizdə xüsusi yer tutur. Məhz bu istiqamət qarşılıqlı ticarətin və investisiyaların artırılması, eləcə də yeni iqtisadi imkanların yaradılması baxımından böyük potensiala malikdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət