Bir ilin yekunu: Gəncəliyev vəzifəsinin öhdəsindən laiqincə gəlir - ŞƏRH
Turan
13:11 27.12.2019
Siyasət
1116
“Tural Gəncəliyevin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri təyin edilməsini ilk təqdir edənlərdənəm”. Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Partiya rəsmisi bildirib ki, keçən ilin dekabr ayında bu təyinat baş verərkən Tural bəyi ilk təbrik edənlərin sırasında olub:
“Rəsmi məktub göndərməsəm də sosial şəbəkə vasitəsilə öz fikirlərimi bildirmişəm. Həqiqətən də T.Gəncəliyevin diplomatiya keçmişi və son 15 ildə Xarici İşlər Nazirliyinin tərkibində uğurlu fəaliyyəti onun özündən əvvəlki icma rəhbərindən dəfələrlə üstün olduğunu sübut edir. Bir neçə xarici dil bilməsi və diplomatik biliklərinə əlavə olaraq xarizmatik görünüşü müsbət amillərdir. T.Gəncəliyev vəzifəyə başlayanda bir sıra təkliflər irəli sürmüşdüm. Təklifimin ana xəttini Qarabağda yaşayan ermənilərə diqqət və qayğı göstərilməsi təşkil edirdi. Hətta televiziya məkanında erməni dilində proqramların açılması üçün çalışmaları sürdürməyi təklif etmişdim. T.Gəncəliyevin mövqeyinin bu istiqamətdə kökləndiyini görmək məni sevindirir”.
V.Əfəndiyev vurğulayıb ki, proseslərə ayıq başla baxmağı bacarmalıyıq:
“Tural Gəncəliyevin Qarabağ ermənilərini öz vətəndaşımız kimi qəbul etməsi doğru seçimdir. Bu, əsl diplomatik gedişdir. Bundan sonra Qarabağda yaşayan ermənilərlə birgəyaşayış modelini işləyib hazırlamalıyıq. Əsas məqsədimiz isə azərbaycanlı qarabağlıların öz torpaqlarına dönüşünə nail olmaqdır”.
Qeyd edək ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib. İcma rəhbəri Tural Gəncəliyev 1 il ərzində görülən işlər, həyata keçirilən layihələr haqqında geniş məruzə ilə çıxış edib. T.Gəncəliyev qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması beynəlxalq əlaqələr, analitik-informasiya sahəsini, ictimaiyyətlə və media qurumları ilə əlaqələri, sosial şəbəkələrdə fəaliyyəti, ölkədaxili tədbirlərdə iştirakı və digər bu kimi vacib məsələləri diqqətdə saxlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya