Olsun ki, artıq bu il fevralın 9-da keçiriləcək deputat seçkilərinə namizədliyi təsdiqlənmiş Zəlimxan Məmmədlinin Milli Məclisə üzvlük mandatına yiyələnməsi ilk uğurlarımızdan olacaq. Bunu müəyyən dairələrdə gedən söhbətlərdən də anlamaq çox asandır. İnsanlar daha çox demokratik düşüncəli, milli qafalı, özünün bütün əməlləri ilə perspektivi olduğuna inam yaradan, millətimiz, dövlətimiz naminə bir an belə fədakarlığından qalmayan, bu yolda gecə-gündüz yorulmadan çalışan şəxsiyyətlərin Milli Məclisdə və yüksək dövlət idarəçiliyində təmsil olunmasından çəkdiyi mənəvi aclıqlara nəhayət son qoymaq arzusu ilə yaşayır və ümidlənirlər. Bu müqəddəs ümidlərin doğrulacağına inanırıq. Bu vaxta qədər müəyyən saxtakarlıq və tapşırıqlar hesabına seçilmiş, bunlar azmış kimi, yenidən bu seçkiyə də qatılmağa çalışan və ya artıq qatılmış bir çox deputatların insanlarımıza yetirdiyi mənəvi və psixologi zədələrin sağaldılmasına böyük ehtiyac duyulur. Doğma Azərbaycanımızı daha möhkəm, daha azad, daha yenilməz etmək istəyiriksə, onda seçkilərdəki ənənəvi saxtakarlıqlara bir dəfələik son qoyulmalıdır. Eyni zamanda hamılıqla seçkilərə gedilməlidir ki, bu yolla da saxtakarlığın qarşısını almağa nail olaq. Yoxsa, özümüzü inamsızlığa təslim etsək, saxtakarlığa daha geniş meydan vermiş olarıq.
"Bu il Zəlimxan Məmmədlinin deputat mandatı qazanması ilk uğurlarımızdan olacaq"