Çavuşoğlu nikbindir! - Yaxınlarda yaxşı xəbər alacağıq, daimi sülh üçün..."
Yusif Nəzərli
11:28 15.03.2022
Siyasət
859
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Fil Dişi Sahilinin Xarici İşlər naziri Kandia Camara ilə görüşüb.
“Sherg.az” Sabah-a istinadən xəbər verir ki, görüşdən sonra mətbuat konfransı keçirən Çavuşoğlu türklərin Ukraynadan təxliyəsi ilə bağlı prosesi dəyərləndirib.
Çavuşoğlu bildirib ki, orada qalan türk vətəndaşların təxliyəsi üçün danışıqlar davam edir:
“Ukraynada təxminən 300-350 vətəndaşımız var. Mariupolda 100-ə yaxın vətəndaşımız var. Bizə məlumatı Kanun Sultan Süleyman məscidi dərnəyinin rəhbəri verir. Vətəndaşlarımızın və digər mülki şəxslərin təhlükəsiz çıxışı üçün hər iki tərəfdən kömək istəyirik. Təbii ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Bununla belə, mülki şəxslərlə bağlı danışıqlarımız davam edir.
Dostlarımız vətəndaşlarımızı yenidən təxliyə etmək üçün çalışırlar. Biz istəyirik ki, Kiyev və Lvovdan iki avtobus getsin.
Onlardan biri Krım tatarlarını daşıyacaq. Biri də Odessadan yola düşəcək. Biz bütün mülki şəxslər üçün əlimizdən gələni edirik. Mariupolda soydaşlarımız üçün şərait formalaşıb. Vətəndaşlarımızın məscidə olan ehtiyacları ödənilir”.
Ankara sözcüsü Rusiyanın xarici işlər naziri Sergey Lavrovun gecə onunla əlaqə saxladığını qeyd edib:
“Lavrov gecə yarısı mənə zəng etdi. Yaxınlarda yaxşı xəbər alacağıq. Ukraynada daimi sülhün olması üçün əlaqələrimizi fasiləsiz davam etdiririk”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm