Cəbhədə "yarpaq tökümü" başladı: Kərimlinin xislətini bilənlər partiyadan uzaqlaşırlar
Turan
08:07 27.09.2019
Siyasət
893
“Paşinyanın komandasında “yarpaq tökümü” başladığı kimi Əli Kərimlinin komandasında da “yarpaq tökümü” başlayıb”. Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bilirib ki, Fuad Qəhrəmanlının ardınca, tanınmış hüquqşünas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ənnağı Hacıbəyli də AXCP ilə yollarını ayırdığını bəyan edib:
“O bu barədə özünün Feysbuk səhifəsində yazıb və son günlər AXCP üzvləri tərəfindən təhqir edildiyini bildirib. Ənnağı Hacıbəyli AXCP sədrinin "ağır artilleriya"larından biri sayılırdı. Açıqlamasının sonunda Ə.Hacıbəyli bir məqamı xüsusilə vurğulayıb: "Bütün bunlar onu göstərdi ki, Azərbaycanda sistem müxalifəti yoxdur, müxalifət sistemi var". Etiraf edək ki, bu bir müxalifətçi fəal tərəfindən müxalifətin özünə qarşı ünvanlanmış olduqca ağır ittihamdır. Hər halda, Əli Kərimlinin bloggerlikdən və Yutub kanalların "ulduz"u olmaqdan başı ayılsa, bu barədə də biraz düşünər.
Xaricdəki gizli və ya açıq mərkəzlərdən, donor fondlardan qrant, yardım alanlar cəmiyyətimizə yad olan hər cür pislikləri ölkədə yaymağa çalışırlar:
“Bir zamanlar Əli Kərimlinin AXCP-nin qanadı altına aldığı, yetişdirdiyi adamlar, indi həm Kərimlinin özünə, həm də Azərbaycana qarşı çevriliblər. Onların yazdıqları statuslar, şərhlər adamı dəhşətə gətirir. İçərilərində bu ölkəyə, topluma, cəmiyyətin mental dəyərlərinə qarşı qatı nifrət hissi var. Azərbaycanı feministlər üçün, qadın azadlığı ideyası üçün “həbsxana” hesab edirlər. Halbuki bu ölkədə nə feministlərə "gözün üstə qaşın var" deyənlər, nədəki qadın azadlığının əleyhinə çıxış edənlər var. Müxalifət partiyaları bundan sonra feminist, kosmopolit, deist, pasifist adı altında hər cürə liberal zombilər yetişdirməmək barədə ciddi-ciddi düşünməlidirlər. Çünki onların "parnik siyasəti"nin zərbəsi son nəticədə Azərbaycana, bütün cəmiyyətə dəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat