Cənubi Qafqazın lideri: Azərbaycan dünyanın bir çox ölkələrinin diqqət mərkəzindədir -ŞƏRH
11:04 19.07.2024
Siyasət
388
Münaqişədən sonra Azərbaycan daha qlobal xarici siyasət həyata keçirir, müxtəlif beynəlxalq platformalarda aktiv rol oynayır. Azərbaycan Prezidentinin Avropa liderləri ilə görüşləri, Azərbaycanın Almaniya, Böyük Britaniya, ABŞ kimi ölkələrlə əlaqələri ölkəmizin xarici siyasət kursunda böyük əhəmiyyətə malikdir. Yalnız bu ay Prezidentin Astana səfəri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində səyləri, Çinlə imzalanan srateji tərəfdaşlıq sazişi, Astanada Rusiya prezidenti ilə görüşü, Türkiyə-Pakistan formatında əməkdaşlıq, BRİKS-lə münasibətlərin güclənməsi və yeni imkanlar dünyaya böyük töhfələr verir. Eyni zamanda İlham Əliyevin Londona səfəri və Avropa Siyasi Birliyinin IV Sammitində iştirak etməsi Prezidentin çoxşaxəli və uğurlu siyasətinin göstəricisidir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, iqtisadi cəhətdən inkişaf edən, dünyada sülhün və əmin-amanlığın təmin olunmasına öz töhfəsini verən, beynəlxalq tədbirlərin təşkilatçısı kimi çıxış edən Azərbaycan dünyanın bir çox ölkələrinin diqqət mərkəzindədir:
"Ona görə də inkişaf etməkdə olan ölkələr Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm göstərirlər. Londonda keçirilən Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısı da buna sübutdur. Azərbaycan Prezidenti İlham Əliyevin sözügedən toplantıya qoşulması ölkəmizə göstərilən etimadın və diqqətin bariz nümunəsidir. İlham Əliyev həmin tədbirdə Avropanın aparıcı dövlətlərinin bir sıra rəhbərləri ilə görüşlər keçirib. Bu görüşlər Azərbaycanın milli maraqlarına uyğundur. Azərbaycan Prezidentinin hər bir görüşü ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasına, əlaqələrin möhkəmləndirilməsinə hesablanıb. Bu isə dövlətimizin dünyada söz sahibi olmasında mühim rol oynayır. Sözügedən görüşlərdə İlham Əliyev dünyada baş verən hadisələrə həmişə özünün adekvat fikirlərini bildirib. Ən maraqlı görüşlərdən biri Böyük Britaniyanın kralı lll Çarlz ilə olub. Bu görüş ölkəmizin rəhbərinə olan hörmətin ifadəsidir. Digər tərəfdən cənab İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə də görüşüb. Həmin görüşdə də müəyyən məsələlər gündəmdə olub”.
Parlamentari qeyd edib ki, bu gün Böyük Britaniya Azərbaycanla işləməyə önəm verir:
“Azərbaycan Cənubi Qafqazda lider ölkədir. Hazırda dövlətimiz Mərkəzi Asiyanın təhlükəsizliyi sahəsində özünün aparıcı rolunu ortaya qoyub. Böyük Britaniya da bu fəaliyyətə önəm göstərməklə Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Buna görə də Böyük Britaniyanın Cənubi Qafqaza münasibətində son illər xeyli dəyişikliklər olub. Böyük Britaniya Baş naziri Rişi Sunakın İlham Əliyevlə Nikol Paşinyanın görüşünün təşkil olunmasına göstərdiyi səy deməyə əsas verir ki, bu ölkə Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlıdır. Çox təəssüflər olsun ki, Ermənistanın Baş naziri Nikol Paşinyan görüşə gəlməkdən imtina etdi. Bu onu göstərir ki, Ermənistan sülhə hazır deyil və sülh danışıqlarından qaçır. Eyni zamanda Ermənistan müəyyən mənada müharibə və münaqişəyə önəm göstərir. Bu isə Ermənistan xalqının gələcək taleyi üçün çox acınacaqlı ola bilər. Azərbaycan Prezidentinin son günlərdə keçirdiyi bir çox görüşlər- Astana səfəri, Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında çıxışı, Çində imzalanan strateji tərəfdaşlığa dair saziş, Rusiya ilə əlaqələrin möhkəmləndirilməsi sahəsində keçirilən mühim təşəbbüslər, Türkiyə-Pakistan formatında əməkdaşlığın inkişafına verilən önəm sözsüz ki, Azərbaycanın gələcəyi və təhlükəsizliyin təmin olunması baxımından çox vacibdir. Cənab Prezident İlham Əliyev bu gün xalqların birliyi, qardaşlığı uğrunda əzmini göstərməkdədir. Sözügedən görüşlər və Londondakı Zirvə toplantısı bir daha sübüt edir ki, İlham Əliyev bəşəri ideyalara sadiqdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya