Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
Yusif Nəzərli
07:48 16.07.2022
Siyasət
425
Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, Ceyhun Bayramov dəvətə görə təşəkkür edərək, Azərbaycan Respublikasının Prezidenti və Baş naziri adından Gürcüstan Baş nazirinə ən xoş salamlarını çatdırıb. Azərbaycan və Gürcüstan arasında mövcud olan ənənəvi dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bildirib. Nazir iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun, intensiv qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına müsbət təkan verdiyini vurğulayıb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidentinə və Baş nazirinə dərin ehtiramla salamlarını çatdırıb, ikitərəfli əlaqələrin dinamik şəkildə inkişafından məmnunluq ifadə edib.
Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu bir dönəmdə iqtisadi, ticarət, enerji, nəqliyyat, humanitar və s. sahələrdə əməkdaşlığın inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşə ev sahibliyinə görə Gürcüstan tərəfinə təşəkkür edərək, post-münaqişə mərhələsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə məlumat verib.
Baş nazir Qaribaşvili sülhün əldə edilməsi səylərini alqışladıqlarını və Gürcüstanın bu prosesi dəstəklədiyini, bu xüsusda ev sahibliyi etdikləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün əhəmiyyətini vurğulayıb.
Tərəflər, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
09:08
Xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Gürcüstana yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Qeyd olunur ki, səfər çərçivəsində Gürcüstanın Baş naziri, xarici işlər naziri və Ermənistanın xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiya və minimum əməkhaqqı artır - VİDEO
12:47 19.09.2026
İqtisadiyyat
Sabahın hava proqnozu açıqlanıb
12:37 19.09.2026
Ekologiya
20 Sentyabr tarixi dönüş nöqtəsidir - ŞƏRH
12:28 19.09.2026
Gündəm
Erməni ordusu müharibəyə hazırlaşır: 500 km uça bilən PUA...
12:05 19.09.2026
Dünya
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı
11:57 19.09.2026
Hadisə
Elşad Namazov vəzifəsindən ayrıldı
11:39 19.09.2026
Cəmiyyət
Tramp: Çinlə münasibətlərimiz yaxşıdır
11:29 19.09.2026
Dünya
Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb
11:15 19.09.2026
İqtisadiyyat
Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
11:03 19.09.2026
Mədəniyyət
Tramp BMT Baş Assambleyasında Zelenski ilə görüş planlaşdırmayıb
10:57 19.09.2026
Dünya
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ
10:54 19.09.2026
İnfrastruktur
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
10:52 19.09.2026
Aktual
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq
10:45 19.09.2026
Mədəniyyət
Harri Keyn Bundesliqada tarix yazdı
10:37 19.09.2026
Futbol
Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
10:09 19.09.2026
Dünya