
COP29-a kimi çərçivə sazişi bağlana bilər? - RƏY
04:33 24.07.2024
Siyasət
433
Ermənistan rəhbərliyi güzəştə hazır deyil Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə nail olarsa, ümumiyyətlə, danışıqlar və sülh prosesi dayana bilər
Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə deyib. Miller bldirib ki, Ermənistan və Azərbaycan sülh sazişi istiqamətində mühüm irəliləyişləri davam etdirirlər. Biz bu prosesi dəstəkləməyə sadiqik. Qeyd edək ki, bir neçə gün əvvəl Böyük Britaniya hökuməti Londonda Azərbaycan və Ermənistan rəhbərliyini görüşdürmək təşəbbüsü göstərsə də, Baş nazir Nikol Paşinyan görüş və müzakirədən qaçıb.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycan və Ermənistan liderlərinin Londonda görüşünün baş tutmaması əsasən sərhədlərin delimitasiya və demarkasiya prosesində kəskin fikir ayrılıqlarının nəticəsidir. Ekspertin sözlərinə görə, Ermənistan Almatı Bəyannaməsindən irəli gələn 1991-ci il sərhədlərini əsas götürür:

"Halbuki Almatı Bəyannaməsi heç də bu xüsusda əsas ola bilməz. İki dövlət arasında sərhədlərlə bağlı dövlətlərarası müqavilə yoxdur. Kəlbəcər və Zəngəzur istiqamətində Ermənistan əlavə təkliflərlə çıxış edir. Məhz bu fikir ayrılıqlarına görə iki dövlət arasında birgə komissiyanın əsasnaməsi təsdiq edilmədi. Ermənistanın ABŞ və Fransa tərəfindən hərbi dəstəyi Paşinyanın əlavə şərtlərlə çıxış etməsinə gətirib çıxarır. Azərbaycana Ermənistanla sülh bir o qədər də vacib deyil. Amma Qərbin geopolitik maraqları sülhün tezliklə əldə edilməsini şərtləndirir. Orta dəhlizin seqmenti olan Zəngəzur yolunun açılması Vaşinqtonun maraqlarına uyğundur. Gürcüstanda Qərb mövqeyinin zəifləməsi Ermənistanın üzərindən orta dəhlizin açılmasını labüd edir".
Ekspertin sözlərinə görə, görüş baş tutsaydı, Zəngəzur yolunun açılması, delimitasiya və demarkasiya prosesində fikir ayrılıqları danışıqlar predmeti olacaq: "Görünür, Ermənistan rəhbərliyi güzəştə hazır deyil. COP29-a kimi çərçivə sazişinin bağlanması sual altındadır. Fransa hər vəchlə sülhün qarşısını alır. Əgər Fransa sülhə imkan verməsə, Paşinyan prosesdən yayınarsa, müxalifətə Rusiyanın dəstəyi artacaq. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə nail olarsa, ümumiyyətlə, danışıqlar və sülh prosesi dayana bilər. Rusiya və Fransa Cənubi Qafqazda sülhün əleyhinədir. Ancaq Böyük Britaniyada liderlərin görüşünün baş tutmaması heç də hərbi gərginliyin artmasına gətirib çıxarmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya