Deputat: Azərbaycan strateji mövqeyini daha da möhkəmləndirir
Yusif Nəzərli
04:59 12.12.2023
Siyasət
473
Ölkəmiz bu il Avropaya mavi qaz ixracatını 12 milyard kub metrə çatdıracaq
"Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin güclənməsindəki rolu daha da artmaqdadır".
Bunu "Sherg.az"a millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Serbiya ilə Azərbaycan mavi qazını alan ölkələrin sayı ən böyük təkrəqəmli səviyyəyə çatacaq:
"Yunanıstan-Bolqarıstan İnternkonnektorunun istifadəyə verilməsi Serbiyanın Azərbaycan qazını idxal etmək imkanlarını genişləndirdi. Serbiya ilə Azərbaycan arasında mavi qaz nəqli sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyi gözlənilir. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənub Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) mavi qaz ala biləcək ölkələrdən biri də məhz Serbiya idi. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Macarıstan, Slovakiya, Rumıniya, Şimali Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər. Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin güclənməsindəki rolu daha da artmaqdadır".
Parlament üzvü vurğulayıb ki, bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir:
"Azərbaycan bu il Avropaya mavi qaz ixracatını 12 milyard kub metrə çatdıracaq. 2026-cı ildən sonra isə Azərbaycan köhnə qitəyə 20 milyard kub metr mavi qaz göndərə biləcək. Strateji münasibətlərimizin son illər daha da inkişaf etdiyi Serbiya ilə ticarət dövriyyəmiz son 4 ildə 2 dəfə yaxın artaraq 9.2 milyon dollara yüksəlib. Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər, müzakirələr və razılaşmalar da məhz bu potensialdan daha yaxından istifadəyə imkan yaradacaq.
Bütövlükdə, Azərbaycan Prezidentinin son səfəri regionun enerji təhlükəsizliyinin güclənməsinə ciddi töhfə verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə