Deputat: "Radikallaşmış "lider"lər "bəlkə də qaytardılar" sevdası ilə yaşayırlar"
Turan
10:45 10.10.2019
Siyasət
750
“Müxalif qruplaşmaların “rəhbər”lərinin 8 oktyabr piketini mitinqə çevirmək canfəşanlığı radikalları “siyasətin bic övladları” səviyyəsinə endirdi”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Deputat bildirib ki, xalq müalifəti boykot edir:
“Həmin qüvvənin “drijor”u qorxaqlıqdan və ya “siyasi eqoizm”dən irəli gələrək şouda birbaşa yer almasa da, “barmaqları” hər yerdə görünürdü. Bu barmaqlar aksiya prosesində qanunların tələblərinə əməl olunmamasında, təhlükəsizlik və ictimai asayişin pozulmasına cəhdlərdə, vətəndaşların dinc yaşayış və istirahət hüququna hörmətsizlikdə öz işini görürdü.
“Pərdə arxası”ndan boylanaraq siyasi təxribat siqnalı verən radikallaşmış “lider”lər "bəlkə də qaytardılar”sevdası ilə yaşayırlar. Siyasi məqsəd naminə “hər cür təxribatlar məqbuldur” formula ilə hərəkət edirdilər. Siyasi vulqarlıq və məsuliyyətsizliyin mənzərəsi bir sıra ciddi nəticələr çıxarmağa əsas verir. Birincisi, Azərbaycanda müxalifət siyasi sistemin mühüm seqmenti olmaq iradəsinə malik deyil. Köhnə və nimdaşdır. Onlar yeni liderlər və yeni yanaşmalar ortaya qoymaq iqtidarında deyil. Necə deyərlər, yenə həmin Əli Kərimli, yenə həmin “demokratiya aşiqləri”, yəni “köhnə hamam, köhnə tas”. Müxalifət daxilən təmizlənməlidir. Yenidən doğulmalıdır. Əqli ninmdaş vucudlardan xilas olmalıdır”.
Professorun sözlərinə görə, nə qədər ki, müxalifətin radikal kəsimi praqmatik və real düşüncə tərzinə deyil, hakimiyyət hərisliyi yolunda illüziyalara qapılacaq, bu halda xalqın qapısı üzlərinə bağlı qalacaq:
“Real siyasət isə odur ki, ümummilli məsələlərdə hakimiyyətə müxaliflik etmək olmaz. Xalqın gözü tərəzidir. Millət görür ki, Prezident İlham Əliyev ən mühüm ümummilli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində son dərəcə prinsipiallıq və qətiyyət göstərir. Sonuncu dəfə bu davranışı Soçidə “Valday” Beynəlxalq Diskusiya Klubunun plenar sessiyasında nümayiş etdirdi. Münaqişənin tarixi, Ermənistanın işğalçılıq siyasətinin humanitar fəlakət törətməsi, beynəlxalq hüququn işləməməsi, təcavüzkar dövlətin yeni rəhbərliynin populist və məsuliyyətsiz bəyanatlar səsləndirməsi kimi həqiqətləri lazımi məqamda və yerdə dünya ictimaiyyətinə çatdırdı. Ancaq müxalifət yenə sevinmədi. Çarəni nəticəsinə özlərinin də inanmadıqları növbəti piket və mitinqlərdə axtardılar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
17:50 27.06.2026
Mədəniyyət
Hörmüz boğazında tanker vurulub
17:48 27.06.2026
Gündəm
Yunanıstanda meşə yanğınları başladı
17:39 27.06.2026
Hadisə
Fitso: Slovakiya Ukraynaya hərbi yardım üçün pul ayırmayacaq
17:39 27.06.2026
Dünya
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
17:28 27.06.2026
Gündəm
XXI əsr Türk Dünyasının yüksəliş dövrü ola bilər - Ali Satan
17:22 27.06.2026
Gündəm