Deputatdan ANONS: "Prezidentin kadr islahatları digər məmurlar üçün də bir mesajdır"
Turan
12:31 09.10.2019
Siyasət
881
“Yeni təyinat ölkədə yeni və uğurlu layihələrin reallaşmasına səbəb olacaq”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Deputat bildirib ki, Novruz Məmmədov səmimi və yumşaq xasiyyətli insan idi. Amma Baş nazir şübhəsiz ki, temperamentli olmalıdır:
“Əli Əsədov kifayət qədər təcrübəli, iqtisadiyyatı bilən insandır. Düşünürəm ki, yeni Baş nazir kifayət qədər iqtisadi islahatlar proqramı həyata keçirməyə qadirdir. Baş nazirin iqtisadçı olması əsas məsələlərdəndir. Əli Əsədov bu postda daha mühüm islahatlar həyata keçirəcək, özü iqtisadi təşəbbüslər irəli sürəcək. Həmçinin, iqtisadi proqramlar hazırlayıb dövlət başçısına təqdim edə biləcək”.
Parlament üzvü vurğulayıb ki, Prezidentin kadr islahatları digər məmurlar üçün də bir mesajdır:
“Yeni təyinat bu sahədə kadr və struktur islahatları ilə də nəticələnə bilər. Ola bilər ki, müəyyən paralel strukturlar birləşdirilsin. Yaxud daha operativ idarəetmə metodu yaradılsın. Ümumiyyətlə, Əli Əsədov Azərbaycanın iqtisadi həyatında fəallıq gösətərən, təşəbbüskarlığı ilə fərqlənən şəxsdir. Hesab edirəm ki, kifayət qədər uğurlu kadrdır. O, baş nazir postuna yeni nəfəs gətirəcək və növbəti islahatlara imza atacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə