Deynsin səfərinin arxa planında Vaşinqton-Bakı əlaqələrinin dərinləşməsi dayanır -Politoloq

Prezident İlham Əliyev ABŞ-ın sabiq prezidenti Donald Trampın Azərbaycanın Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunu yüksək qiymətləndirib. 
O, bu fikri mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşü zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, məktubda vurğulanan kimi, Azərbaycanla ABŞ arasında təhlükəsizlik, enerji və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. İlham Əliyev həmçinin Trampın prezidentliyi dövründə iki ölkə arasındakı münasibətlərə göstərilən diqqəti də təqdirlə xatırladıb.
Politoloq Samir Hümbətov Sherg.az-a bildirib ki, Bayden administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətlərində soyuma var idi:
"Bayden və komandasının tutduğu qeyri-konstruktiv mövqedən dolayı iki ölkə arasındakı əlaqələrdə gərginlik hiss olunurdu. Hazırda isə vəziyyətin dəyişdiyi hiss edilir. Tramp administrasiyası artıq proseslərə Baydenin baxış bucağından fərqli yanaşır. Montana ştatının senatoru Stiv Deynsin Azərbaycana əsas gəliş səbəblərindən biri tərəflər arasındakı siyasi-iqtisadi məsələləri müzakirə etməkdir. Eyni zamanda səfərin arxa planında Vaşinqton-Bakı əlaqələrinin dərinləşməsinin təmin olunması dayanır. Digər tərəfdən pərdəarxası danışıqları hələlik proqnozlaşdırmaq mümkün deyil".