
"Din xadimləri" erməniləri məhvə sürükləyir - ŞƏRH
06:49 22.04.2025
Siyasət
400
Paşinyan da "Real Ermənistan" qayəsini ona görə ortalığa atıb ki, toplumu bu xəstəlikdən qurtarsın
Bu bəlanın baiskarı erməni kilsəsidir, diasporadır, Daşnaksütyun Partiyasıdır. Hazırda erməni ictimai rəyində bu üçlüklə Ermənistan hökuməti arasında ciddi mübarizə gedir
Pasxa bayramı münasibətilə Qüdsdəki kilsədə erməni din xadimləri Qarabağdakı keçmiş qondarma rejimin “bayrağını” qaldırıblar. Üç din xadimi kilsənin eyvanlarından birinə qalxaraq orada “artsax” bayrağı açıblar. Qüdsdən yayımlanan görüntülər Ermənistanda Qarabağ məsələsinin birdəfəlik bağlanmalı olduğu fikrini müdafə edən hökumət rəsmiləri arasında birmənalı qarşılanmayıb.
Bu, kənar qüvvələrin hərəkatın fəaliyyətini davam etdirməsinə dəstəyi kimi də dəyərləndirilib. Məlumata görə, bundan bir gün öncə həmin kilsədə İsrail polis və din xadimləri arasında mübahisə yaşanıb. Nəticədə kilsənin iki üzvü oradan qovulub. Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin birdəfəlik bağlandığını deyib və hərəkatın davam etdirilməsini tənqid edib.

Politoloq Natiq Miri "Sherg.az.az"a açıqlamasında deyib ki, Ermənistanda din və "din xadimləri" hər zaman bu məsələdən sui-istifadə ediblər. Ekspertin sözlərinə görə, istər Qarabağ məsələsi, "miatsum" hərəkatı, qondarma "soyqırımı" söhbəti daim erməni katolik kilsəsini gücləndirən, ona milyardlar qazandıran ideoloji sənaye kimi istifadə olunur:
"Belə bir vəziyyətdə erməni "soyqırımı" ilə bərabər Qarabağ səhifəsinin qapanması yönündə açıqlamalar kilsə və onun xidmətçilərini ciddi narahat etməkdədir. 30 ilə yaxındır ki, bu ideologiya istismar olunur. Bunun üzərində oyunlar oynanılır, "humanitar yardımlar" adı ilə yüzmilyonlar mənimsənilir. Xarici ölkələrdəki erməni diasporunun, Daşnaksütyunun zəhərli ideologiyasını yayanların, bunu erməni şüuruna davamlı təlqin edən kilsənin məqsədi budur. Bu mərkəzlər yemləndikləri alətlərin aradan qalxması təhlükəsi ilə üzləşdikləri üçün aktivləşiblər. Çünki itirə-itirə gedirlər. Üstəlik, erməni xalqı üzərində təzyiq və nəzarət imkanları tükənir. Bir neçə ilədək erməniləri "miatsum" adlı zəhərli ideologiya ilə idarə edə bilirdilər. Nikol Paşinyan bu tutacaqları onların əlindən alıb. Baş nazir zaman-zaman mövcud reallıqları erməni toplumuna göstərməyə, izah etməyə çalışır".
Analitik vurğulayıb ki, erməni ictimai şüuru bu gerçəyi nə qədər tez qəbul etmiş olsa, bu bəladan o qədər tez qurtulmuş olacaq:
"Bugünədək erməni xalqının bəlası məhz kilsə və "din xadimləri"nin təbliğ etdikləri ideologiya olub. İndi-indi erməni xalqının içərisində bəzi adamlar anlamağa başlayır ki, bu ideologiya onları məhvə sürükləyir. Cəmiyyətdə bir tərəfdə yağ-bal içində yaşayanlar, digər yanda isə bugününü, gələcəyini itirmiş kasıblaşan təbəqə var. Ona görə də xeyli erməni ölkəni tərk edərək xaricə üz tutur. Ermənistan getdikcə boşalır. Kimin rifahı harada yaxşıdırsa, ora erməni üçün vətənə çevrilir. Bu bəlanın baiskarı erməni kilsəsidir, diasporadır, Daşnaksütyun Partiyasıdır. Hazırda erməni ictimai rəyində bu üçlüklə Ermənistan hökuməti arasında ciddi mübarizə gedir. Paşinyan "Real Ermənistan" qayəsini ona görə ortalığa atıb ki, toplumu bu xəstəlikdən qurtarsın. 2026-cı ildə keçiriləcək parlament seçkisinin nəticələrini də bu məsələ müəyyənləşdirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur