
Diplomatlarımız İrana geri döndü -ŞƏRH
Diplomatlarımız İrana geri döndü -ŞƏRH
Yusif Sultanoğlu
23:00 15.07.2024
Siyasət
346
Bu, rəsmi Bakının İranın yeni prezidenti ilə münasibətlərin inkişafında maraqlı olmasına işarədir
Pezeşkian uzun müddətdən sonra Azərbaycan səfirliyinin Tehranda fəaliyyətə başlamasını özünün ilk xarici siyasi uğurlarından biri hesab edə bilər
Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində bu gündən etibarən Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb. Qeyd edilib ki, İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib. Məlumatda vurğulanıb ki, hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək: "Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir. Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi, o cümlədən səfir və səfirliyin hazırkı heyətinin İrana geri dönməsi doğru addımdır. Analitik xatırladıb ki, İranın keçmiş hakimiyyəti rəsmi Bakı ilə səfirliyin açılması üçün uzun müddət danışıqlar aparıb:

"Səfirliyimizin gələcək fəaliyyətinin təhlükəsizliyinə təminat verilmədiyinə görə danışıqlarda irəliləyiş yox idi. Yeni binada təhlükəsizlik tədbirləri artırılacaq. Səfirliyin fəaliyyətə başlaması İranda qanunsuz həbsdə saxlanılan Azərbaycan vətəndaşı olan tələbəmizin hüquqlarının qorunması işinə də dəstəkdir. Azərbaycanın Tehrandakı səfirliyinin İranda Azərbaycan türkü Məsud Pezeşkianın prezident seçildiyi dövrə təsadüf etməsi də diqqəti cəlb edib. Bu, rəsmi Bakının İranın yeni prezidenti ilə münasibətlərin inkişafında maraqlı olmasına işarədir. Öz növbəsində Məsud Pezeşkian uzun müddətdən sonra Azərbaycan səfirliyinin Tehranda fəaliyyətə başlamasını özünün ilk xarici siyasi uğurlarından biri hesab edə bilər. Azərbaycan İranla normal münasibətlərdə və ortaq layihələrin reallaşmasında maraqlıdır. Ancaq Məsud Pezeşkian və onun komandası elə etməlidirlər ki, İrandakı müxtəlif qüvvələr Azərbaycana qarşı təxribatçı açıqlama və fəaliyyətlərdən əl çəksinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalı general: "Rusiya müharibədə İrana yardım göstərib"
23:52 30.04.2026
Gündəm
İnfantino İran yığmasının DÇ-2026-da iştirakını təsdiqləyib
23:29 30.04.2026
Futbol
“Neftçi” “Qarabağ”ı məğlub edib
23:07 30.04.2026
Dünya
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
22:48 30.04.2026
Futbol
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm