“Dövlətin ali rəhbərliyində gender bərabərliyi tam təmin edilir”
Turan
08:37 11.03.2020
Siyasət
914
“Yeni parlamentin sədri vəzifəsinə nüfuzlu bir xanımın seçilməsi qadınların ölkənin ictimai-siyasi həyatında yüksək təmsilçiliyinin əyani göstəricisidir”
“Milli Məclisin formalaşan yeni rəhbərliyi Prezident İlham Əliyevin başlatdığı siyasi yeniləşmə siyasətinin parlament üzərindəki təsirinin nəticəsidir”.
Bunu “Sherg.az”a açıqlamasında gənc politoloq Zeynal Əmralıyev deyib.
Ekspert bildirib ki, idarəçilik strukturu demək olar ki, başdan-başa yenidən quruldu və parlamentin aktiv deputatları mühüm postlara gətirildi:
“Parlamentin sədri vəzifəsinə ictimaiyyətdə tanınmış, nüfuzlu bir xanımın seçilməsi ilə dövlətin ali rəhbərliyində gender bərabərliyi tam təmin edildi. Bu da Azərbaycanda qadınlara verilən yüksək dəyərin, qadınların ölkənin ictimai-siyasi həyatında yüksək şəkildə təmsilinin əyani göstəricisi oldu. Spiker Sahibə Qafarova Azərbaycanın ən nüfuzlu universtetlərində çalışıb və bugün də fəaliyyətini davam etdirir. Filologiya sahəsində alim olan xanım Qafarova Rusiya və Qərb ədəbiyyatını dərindən araşdıraraq elm aləmində öz imzasını qoyub. Sözsüz ki, həm rus, həm də qərb ədəbiyyatı üzrə mütəxəssis olması yeni spikerə xarici əlaqələrdə, dövlət rəsmiləri ilə görüşlərdə böyük üstünlüklər gətirəcək. Bir sözlə, Sahibə xanım həm Rusiyanı, həm Qərbi yaxşı tanıyan və bu mövzularda elmi işlər yazan bir alimdir. Sədrin 1-ci müavini vəzifəsinə isə uzun müddətdir parlamentdə “baş hüquqşünas” fuksiyasını yerinə yetirən Əli Hüseynlinin gətirilməsi yeni və daha keyfiyyətli qanunların qəbuluna şərait yaradacaq. Onların plenar iclaslarda əhatəli şəkildə müzakirəsinə şərait yaradacaq. Yeni birinci vitse-spiker də sələfi kimi hüquqşünasdır. Uzun illər qanunverici sistemdə mühüm vəzifələr tutub, hüquq sisteminin bütün incəliklərini dərinliklərinə qədər bilir.
Analitikin fikrincə, parlamentin sədr müavinliyi postuna müxalifəti təmsil edən deputatın gətirilməsi son zamanlar həyata keçirilən siyasi açılımda, iqdidar-müxalifət dialoqunda yeni üfüqlər açacaq:
“Sədr müavinliyinə gətirilən Fəzail İbrahimli uzun illər ölkənin aparıcı siyasi partiyalarından olan Vətəndaş Həmrəlik Partiyasında rəhbər vəzifələrdə olub. Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib. Xeyli müddətdir, BDU-da tarixçi-alim, professor kimi fəaliyyət göstərir. Parlamentin ötən çağırışlarında müxalifət nümayəndəsi kimi dəfələrlə hökumətin hesabatlarında mənfi bildiyi məsələləri tənqid edib. İqtidar parlamentdə müxalifətin gücləndirilməsinə geniş imkan yaratdı”.
Siyasi şərhçinin qənaətincə, digər sədr müavini vəzifəsinə bitərəflərin nümayəndəsi olaraq seçilən Adil Əliyev xüsusi diqqətçəkən bir seçimdir:
“Adil Əliyev uzun illər Azərbaycan Kikboksinq Federasiyasının prezidenti kimi idman hərəkatının öncüllərindən biri olub. Daim gənclərin yanında olması və onalara verdiyi dəstəklə “gənclərin dostu” ünvanını qazana bilib. Adil bəy dəfələrlə Ümumilli lider Heydər Əliyev və Prezident İlham Əliyevə öz sədaqətini nümayiş etdirib. Müharibə veteranları, şəhid ailələri, qazilər Adil bəyi özlərinə yaxın dost bilirlər. Belə mötəbər bir posta müsbət imicə malik fəal deputatın gətirilməsi parlamenti gənclər və qazilərə, şəhid ailələrinə daha da yaxınlaşdıracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya