Dünya həqiqətən beşdən böyükdür
Yusif Nəzərli
05:20 17.03.2022
Siyasət
612
Ankara vasitəçilik missiyasında sübut edir ki, tərəfsiz və obyektivdir
Böyük dövlətlər özünü altıncı güc kimi sübut edən Türkiyə ilə tanış olmaqdadır
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna böhranını həll etmək üçün Rusiyaya səfər edib. Rusiyalı həmkarı Sergey Lavrovla görüşən və müzakirələr aparan Çavuşoğlu Ankaranın Kiyev-Moskva arasında vasitəçilik niyyətində olduğunu vurğulayıb. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib ki, Türkiyə yenidən Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır. Onun sözlərinə görə, müharibənin davam etdiyi bir vaxtda xarici işlər nazirlərinin Antalyada diplomatiya masası arxasına əyləşmələri uğurdur: “Bu, vacib başlanğıcdır. Qarşıdakı günlərdə də belə müzakirələrə ev sahibliyi etməyə hazırıq”.
Şentop əlavə edib ki, Rusiyanın Ukraynaya hücumu qəbuledilməzdir: “Hücumların dayandırılması üçün təşəbbüs göstəririk. Bu müharibənin qalibi olmayacaq. Əksinə, xalqlar itirəcək. Axan qanın, göz yaşının dayandırılması hər birimizin prioritetidir”. Rusiya XİN-in Dördüncü Avropa Departamentinin direktoru Yuri Pilipson da böhranın həllində yardıma görə Türkiyəyə minnətdarlıq edib. Onun sözlərinə görə, Rusiya rəsmi Ankaranın balanslaşdırılmış siyasətini dəyərləndirir. Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyadan sonra Ukraynaya səfər edəcək. XİN rəhbərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanun xüsusi tapşırıq və təlimatı əsasında münaqişə tərəflərinə səfər etdiyi vurğulanır.
Ankaranın Rusiya-Ukrayna müharibəsində qətiyyətlə icra etdiyi vasitəçilik missiyasını “Şərq”ə dəyərləndirən AĞ Partiya sədri Tural Abbaslı deyib ki, Türkiyə rəhbərliyinin son illərdə həyata keçirdiyi hücum siyasəti nəticəsində, hərbi sənaye və iqtisadiyyatın yüksəlişi fonunda ölkənin regional və dünya miqyasında təsir imkanları xeyli artıb. Partiya rəhbərinin sözlərinə görə, Türkiyə dünyaya yön verən, yeni düzənlər quran ölkələr sırasındadır:
“Prezident Rəcəb Tayyib Ərdoğanın məşhur tezisi var. O, tez-tez deyir ki, “dünya beşdən böyükdür”. Dünya özünü altıncı güc kimi sübut edən Türkiyə ilə tanış olmaqdadır. Qərb ölkələri də Ankara ilə hesablaşmaq məcburiyyətindədir. Türkiyənin istənilən uğuru və bu istiqamətdəki nailiyyətləri eyni zamanda Azərbaycanın da uğurudur. Hər mənada, siyasi, iqtisadi və hərbi müstəvidə Ankara hökumətinin yanında dayanmalıyıq. Daxili məsələlərlə yanaşı, beynəlxalq aləmdə də öz dəstəyimizi əsirgəməməliyik. Azərbaycanın təhlükəsizliyi birbaşa Rusiyanın gücündən və qüdrətindən asılıdır. Təbii ki, Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçilik etməsi və hər iki ölkənin Ankaranı etibarlı, prinsipial tərəf kimi qəbullanması Türkiyənin bu məsələdə rolunu və təsir imkanlarını artırır. Ankara ABŞ və Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyalara qoşulmaq tələbinə rədd cavabı verdiyi üçün Moskva tərəfindən etibarlı vasitəçi kimi qəbul edilir. Eyni zamanda Ukraynanın ədalətli mövqeyinin yanında duraraq, hərbi, siyasi, humanitar və mənəvi dəstək verərək də Kiyevin etimadını qazanır. Münaqişə tərəfləri Türkiyənin daim tərəfsiz və obyektiv mövqe tutduğunun fərqindədirlər”.
T.Abbaslıya görə, belə konfliktlər zamanı bir çox ölkə vasitəçilik missiyasını önə çəkir. Hətta zaman-zaman Qərb ölkələri ilə yanaşı, Rusiya özü də bəzi münaqişələrdə vasitəçiliklə çıxış edir:
“İndi söz və meydan Türkiyənindir. Sözsüz ki, bu vasitəçilik Türkiyə üçün böyük avantaj, nüfuzun daha da artması deməkdir. Həm siyasi, həm də iqtisadi imkanları artan Türkiyə dünyanın ən mühüm aktorlarından birinə çevrilib. Böyümənin də öz öhdəlikləri və riskləri var. Əgər Türkiyə dünyanın siyasi və iqtisadi sferasında sözünü demək istəyirsə, aparıcı gücə çevrilmək niyyəti güdürsə, qətiyyətli addımlardan çəkinməməlidir. Sevinməli və çalışmalıyıq ki, Türkiyənin dünya siyasətində təsir imkanları artsın.
Bu gün ağır sanksiyalara məruz qalan, dünyadan təcrid olunan, sıxışdırılan Rusiya ilə əməkdaşlıq edən Türkiyə sabah Qarabağ məsələsində rəsmi Bakıya sərf edən məsələləri Moskvaya qəbul etdirə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq