Ədalət Vəliyev: İqtidarla müxalifət arasında təmaslar üçün artıq vasitəçiyə ehtiyac duyulmur
12:08 26.02.2025
Siyasət
437
“Dövlətçilik naminə birgə əməkdaşlığımız bütün intriqalara qalib gəldi “
“Siyasi partiyaların fəallığı və ölkəmizdə yaşanan siyasi dialoq mühiti sayəsində iqtidar ilə müxalifət arasında işlək təmasların qurulması üçün artıq hər-hansı bir xarici təşkilata və ya vasitəçiyə ehtiyac duyulmur”.
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.
Administrasiya rəsmisi deyib ki, qeyd olunan amil siyasi dialoqun ən böyük uğurlarından biridir və bu amil müstəqil siyasətin aparılması üçün tutarlı zəmindir: “Yeni münasibətlər sisteminin ideoloji bünövrəsini cəmiyyət və dövlətin inkişafı naminə etibarlı münasibətlər təşkil edir. Bu mənada siyasi dialoq əvəzolunmaz mahiyyətə malikdir. Prezidentin müvafiq Sərəncamı ilə 2025-ci il “Konstitusiya və suverenlik ili” elan edilib. Cari ilin bu cür adlandırılması bir daha ideoloji müstəvidə təbliğat işlərinin aparılmasını zəruri edir. Əlbəttə ki, dövlətçilik, suverenlik və millilik kimi ideoloji amillərin cəmiyyətdə doğru səpgidə aşılanması məsələlərində siyasi partiyalar fəal iştirak etməlidirlər. Əslində, bu cür məsələlər bizim birgə əməkdaşlıq əlaqələrimizin əsas istiqamətlərindən biri olmalıdır”.
Şöbə müdiri deyib ki, ötən 5 ildə siyasi partiyalarla birlikdə adi əməkdaşlıqdan etibarlı tərəfdaşlığa qədər böyük və çətin yol qət edilib: “Etibarlı tərəfdaşlıq hamımızın böyük nailiyyətidir. Bu yolda çətinliklər olub, təxribatlar da yaşanıb, ancaq biz dövlət və cəmiyyətin inkişafı, habelə yaşanan həmrəylik mühitini qorumaq naminə bütün sınaqlardan keçdik. Dövlətçilik naminə birgə əməkdaşlığımız bütün intriqalara qalib gəldi”.
Həmrəylik mühitinin əsasları daha da güclənir
Şöbə müdiri qeyd edib ki, Prezident seçkilərində bütövlükdə Azərbaycan xalqı, o cümlədən siyasi partiyalar aktivlik nümayiş etdirib: “Xüsusi olaraq vurğulamaq istərdim ki, qeydiyyata alınmış 7 namizəddən 5-i məhz siyasi partiyalar tərəfindən irəli sürülüb. Həmçinin, seçkilərdə siyasi partiyaların irəli sürdüyü müşahidəçi və məşvərətçilərin sayında əhəmiyyətli artım olub, 2018-ci il prezident seçkilərində 62 siyasi partiyadan 14 siyasi partiya 36.315 müşahidəçi və məşvərətçi ilə iştirak etdiyi halda, ötən ilin seçkilərində dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 19 siyasi partiya 51.756 müşahidəçi və məşvərətçi ilə iştirak edib. Beləliklə, siyasi partiyalar nəinki ölkənin siyasi həyatında, hətta müxtəlif müstəvilərdə birincilik uğrunda rəqabətdə də fəal iştirak edirlər”.
PA rəsmisi bildirib ki, bu rəqabət partiyaların siyasi institut kimi inkişafında əvəzolunmaz əhəmiyyətə malikdir: “Ölkədə formalaşmış yeni siyasi mədəniyyətin bariz nümunəsi olaraq ilk dəfə Prezident seçkilərindən sonra 18 siyasi partiya rəhbəri seçkilərin demokratik və şəffaf keçirilməsi haqqında bəyanat verərək namizədi təbrik ediblər. Bu, olduqca önəmli məsələdir. Məhz bu cür təcrübələrin inkişafı sayəsində demokratik ənənələrin dərinləşməsi baş verir və həmrəylik mühitinin əsasları daha da güclənir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm
Ölkədə 163 uşaq ölü doğulub - RƏSMİ
18:01 09.10.2026
Cəmiyyət
Xəzəri xilas etməyin yolu var - Hidroloq 3 əsas səbəbi açıqladı
17:53 09.10.2026
Ekologiya
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
17:40 09.10.2026
Gündəm
Akif Aşırlı: "Biz şəriət dövləti istəmirik”
17:36 09.10.2026
Gündəm