Əli Əsədov Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb
Əli Əsədov Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb
Yusif Sultanoğlu
09:26 01.05.2024
Siyasət
332
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 1-də Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçla görüşüb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə ölkəmizdə demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş davamlı islahatlar barədə söhbət açılıb.
Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə olduğu kimi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlığın davamlı inkişafından məmnunluq ifadə olunub.
İki ölkənin Ombudsman təsisatları arasında 2021-ci ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb, bu çərçivədə görülən işlərin müvafiq sahədə əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib.
Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva görüşdə iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib
22:34 28.07.2026
Hadisə
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət