Ərdoğan B variantına əl atıb - RƏY
Yusif Nəzərli
10:03 21.07.2023
Siyasət
481
Rusiya "Taxıl sazişi"nin müddətini uzatmasa, Türkiyənin hərbi donanmasının müşayiəti ilə taxıl başqa limanlara daşınacaq
"Rusiya böyük qlobal ərzaq böhranına görə məsuliyyət daşıyır". Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel deyib. O, həmçinin Rusiyanı Ukraynanın cənubdakı liman şəhəri Odessadakı taxıl anbarlarına qəsdən hücum etməkdə günahlandırıb. Borrelin sözlərinə görə, bu, ərzaq böhranını daha da dərinləşdirəcək: "Rusiya sazişdən çəkilməklə yanaşı, Ukrayna taxılını yandırır. Artıq üçüncü gecədir ki, Rusiya Ukraynaya kütləvi hava zərbələri endirir. Bu yalnız infrastrukturu məhv etmir və ya mülki itkilərə səbəb olmur, həmçinin oradakı ən böyük taxıl anbarını dağıdır. Bu, barbar bir hərəkətdir və biz bu gün bunu müzakirə edəcəyik. Taxıl anbarda qalmır, məhv edilir, bu isə o deməkdir ki, ərzaq böhranı olacaq. Biz Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə son vəziyyəti müzakirə edəcəyik".
Britaniya kəşfiyyatı məlumat yayıb ki, Kreml "Taxıl sazişi"nin artıq onun maraqlarına cavab vermədiyini düşünür. Məhz buna görə də müqavilədən geri çəkilib: “Rusiya bunu dezinformasiya ilə maskalayaraq, geri çəkilməsini, guya, Ukrayna minalarının mülki gəmiləri təhlükə altında qoyması, Kiyevin taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə etməsi ilə izah edib. Eyni zamanda Rusiya bu iddialar üçün heç bir sübut təqdim etməyib. Rusiya Qara dəniz donanması, çox güman ki, hansısa davam edən ticarətin qarşısını almaqda daha fəal rol oynayacaq”.
Rusiya taxıl sazişinin uzadılmasından imtina etdikdən sonra Ukrayna limanlarından taxılın türk hərbi gəmiləri ilə daşına biləcəyi ehtimalı ortaya atılıb. Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar Qara dənizdə Rusiya donanmasının Türkiyə ilə açıq silahlı qarşıdurmaya gedəcəyinə şübhə etdiyini deyib. O bildirib ki, Türkiyə NATO üzvüdür, bu addım isə Alyansı da bölgəyə cəlb etmək deməkdir: “Rusiya tərəfi bu cür hərəkətlərlə sadəcə olaraq özünə ikinci cəbhə açacaq”. Bodnarın sözlərinə görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri artıq səkkiz xarici gəmi atəşə tutulub: “Lakin onlar Moskva ilə münaqişəyə girməmək üçün bu barədə danışmayıblar”.
Politoloq Qabil Hüseynli "Sherg.az"a açıqlamasında bildirib ki, "Taxıl sazişi"nin müddətinin uzadılmamasında "Rusiyanın tələbləri reallaşmır" iddiası uydurmadır. Ekspertin sözlərinə görə, Moskva müxtəlif bəhanələrlə sazişi uzatmaqdan imtina edir: "Rusiya öz ərazisindən Odessaya gələn qaz kəmərinin partladılmasını bəhanə kimi ortaya atır. Bunu özünə qarşı hücum, təxribat kimi dəyərləndirir. Ancaq şübhə yox ki, Rusiya taxıl məsələsindən də silah və təzyiq vasitəsi kimi istifadə edir. Əlinə düşən fürsəti qaçırtmaq istəmir. Çalışır ki, taxıl gəmilərinin Odessa limanından istifadə etməsinin qarşısını alsın. Artıq xəbərlər yayılıb ki, Odessa limanları vurulub və infrastruktura ciddi ziyan dəyib.
Rusiya ehtiyat edir ki, Türkiyə onu gec-tez sazişi uzatmağa məcbur qoyacaq. Türkiyə Prezidenti R.T.Ərdoğanla rusiyalı həmkarı V.Putin arasında danışıqlar olub. Mahiyyət açıqlanmasa da, görünən odur ki, Putinin mövqeyi hələ ki pozitiv deyil. Ona görə də Ərdoğan B variantına əl atıb. Türkiyə lideri bildirib ki, Rusiya "Taxıl sazişi"nin müddətini uzatmasa, Ukraynanın hələ də Odessa limanında qalmış xeyli miqdarda taxılı Türkiyənin hərbi donanmasının müşayiəti ilə başqa limanlara daşınacaq. Türkiyə həmin taxılı emal edərək una çevirir və Afrika ölkələrinə göndərir. Rusiya bunun qarşısını almaq üçün Odessa limanını sıradan çıxartmağa çalışır. Bu da göstərir ki, Moskvanın mövqeyi çox destruktivdir. Hətta Ukraynanın öz taxılının daşınmasına belə imkan vermir. Buna qarşı Qərb ölkələrinin əlavə tədbirlər görəcəyini düşünürəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol