Ərdoğanın Bakı səfəri sıradan deyil - ŞƏRH
Turan
13:54 25.02.2020
Siyasət
712
“Azərbaycan və Türkiyə arasında uzun zamandır ki, ciddi hərbi əməkdaşlıq barədə planlar nəzərdən keçirilir”. Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Politoloq bildirib ki, Ərdoğanın Bakıya gəlişi regionda nüfuzunu möhkəmləndirmək xarakteri daşıyır:
“Görüş ərəfəsində bu əlaqələrin təməli atıla bilər. Azərbaycanın Qərbə inteqrasiya meyilləri gücləndikcə hərbi ittifaqın yaranması ehtimalları daha da artır. NATO üzvü olan böyük dövlətlə strateji müttəfiqlik müqavilələrinin bağlanması Azərbaycan üçün çox önəmlidir. Bəzən Qarabağın geri qaytarılması prosesinin “çox ağır olduğu” və Rusiyanı prosesdən kənarlaşdırmağın mümkünsüzlüyü qeyd olunur. Ancaq hesab edirəm ki, Rusiyanın imkanlarını həddindən çox şirişirdirik. Reallıq isə odur ki, anlaşma yolu ilə Dağlıq Qarabağı geri qaytarmaq mümkün olmasa, gələcəkdə güc faktoruna müraciət etməyə məcbur olacağıq. Bunun üçün Türkiyə və NATO ilə hərbi müttəfiqlik bizim üçün çox əhəmiyyətlidir”.
Siyasi şərhçi diqqətə çatdırıb ki, Şərqdə və Qafqazda “qaynar nöqtələr”in həssas olduğu zamanda Türkiyə Prezidentinin Bakıya səfəri bir çox mühüm mətləblərdən xəbər verir:
“Rusiya və Türkiyə münasibətlərini yalnız özlərinin dövlət maraqları çəçivəsində qurmağa çalışıblar. İndiyə qədər bütün danışıqlar və əldə olunan razılaşmalar müvəqqəti xarakter daşıyırdı və müəyyən zaman keçdikdə qüvvədən düşürdü. Münasibətlər qurulmağa başlayan andan qeyd etmişdim ki, Türkiyə Ruisya ilə münasibətləri daha çox NATO təmsilçisi olaraq quracaq. Bu illər ərzində baş vermiş bütün narazlılqların fonunda Türkiyə NATO ölkəsi olaraq qalır. Hərbi alyansın razılığı və xeyir-duası olmadan Türkiyə heç bir uğurlu hərbi əməliyyatlara imza ata bilməyəcək. Göründüyü kimi Suriya cəbhəsində nəhayət NATO öz dəstəyini verəcək və Rusiya bu bölgədə sıxışdırılacaq. Son zamanlar ABŞ və Avropa təsisatları Dağlıq Qarabağın işğal faktını tez-tez gündəmə gətirməsi və problemin həllində ərazi bütövlüyü prinsipini hallandırması çox uzaq olmayan zamanda gündəmə gələcək.Türkiyənin regionun lider dövləti olaraq həll prosesində dominant qüvvə kimi çıxış edəcəyi də şübhəsizdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə