Ermənilərdən Zəngəzur dəhlizi ilə bağlı şok: Sentyabra kimi...
Ermənilərdən Zəngəzur dəhlizi ilə bağlı şok: Sentyabra kimi...
Yusif Sultanoğlu
05:21 30.05.2024
Siyasət
315
Tavuşdan sonra Sünik (Zəngəzur - red.) gəlir. Növbəti addımda Azərbaycan Ermənistandan Naxçıvana dəhliz verilməsini tələb edəcək. Türkiyə rəsmiləri artıq açıq şəkildə deyirlər ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır.
Sherg.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə erməni şərhçi Avetis Babacanyan yazıb.
Erməni şərhçi qeyd edib ki, müharibə təhlükəsi ilə Ermənistandan hər şeyi almaq olar:
“Nikol Paşinyan bunu göstərdi. Zəngəzur dəhlizini könüllü verməliyik, verməsək, müharibə olacaq. Paşinyan inandıracaq ki, məsələ o qədər də pis deyil, azərbaycanlıların o yoldan keçməsi üçün müəyyən imtiyazlar verilir, misal üçün, gömrük nəzarəti olmayacaq. Hakimiyyət Azərbaycana növbəti güzəşti müxtəlif səbəblərlə əsaslandıracaq, insanları əmin edəcəklər ki, Sünik (Zəngəzur) tezliklə sülh qovşağına, ticarət mərkəzinə çevriləcək, hətta o qədər inkişaf edəcək ki, əvvəllər bunun niyə edilmədiyinə peşman olacağıq. Bütün bunlar sentyabr ayına qədər edilməlidir, çünki Azərbaycan, Türkiyə və Ermənistan tələsir. Zəngəzur dəhlizi sentyabr ayına qədər reallaşacaq”.
A.Babacanyan yazır ki, Rusiya qoşunlarının Zəngəzurda olması Paşinyanın planlarına mane olur.
“Rusiya qoşunları Ermənistan-Azərbaycan sərhədinin müxtəlif yerlərindən çəkilsələr də, onların Sünikdə hərbi mövcudluğu davam edir. Daha əvvəl də məlumat yayılmışdı ki, rus sərhədçilərin Azərbaycanla sərhəddən çıxarılması tələbini Bakı irəli sürüb, İrəvan da bunu icra edib”, - o iddia edir və bildirir ki, Rusiya hərbçiləri Zəngəzurdan tamamilə çıxarsa, bu bölgə Azərbaycan və Türkiyənin nəzarətinə keçəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual