Ermənilərin ekoloji terrorunun qarşısının alınmasında dünya birliyi həmrəylik sərgiləməlidir
Yusif Nəzərli
07:16 20.12.2022
Siyasət
384
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti beynəlxalq qurumlara müraciət ünvanlayıb.
"Report" xəbər verir ki, müraciətdə deyilir:
“Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 il ərzində xalqımıza məxsus təbii sərvətlər erməni separatçıları tərəfindən vəhşicəsinə istismar olunub, ekologiyaya böyük ziyan dəyib. 44 günlük Vətən müharibəsi erməni işğalına son qoysa da, son iki ildə erməni separatçıları tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki sərvətlərimizin talanması prosesi davam etməkdədir. Təbii resurslarımızdan qanunsuz istifadə təbiətin amansızcasına məhv edilməsi prosesi ilə paralel həyata keçirilir ki, bu da məlum problemi sadəcə Azərbaycan üçün deyil, bütün dünya üçün aktual edir.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Azərbaycana məxsus təbii sərvətlərin talanmasına, təbiətin məhv edilməsinə son qoyulmasını tələb edir, bütün beynəlxalq təşkilatları, dünya birliyini bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırırıq.
Nəzərinizə çatdırırıq ki, sərvətlərimizin talanmasına, təbiətimizin sistemli şəkildə məhv edilməsinə etiraz əlaməti olaraq dekabrın 12-dən etibarən Şuşada ekoloji fəalların, media nümayəndələrinin, vətəndaş cəmiyyəti nümayəndələrinin, sadə vətəndaşların iştirakı ilə fasiləsiz aksiyalar keçirilməkdədir. Aksiyada məqsəd bəşəriyyətin sağlam gələcəyi, ekoloji təhlükəsizliyi naminə ermənilər tərəfindən həyata keçirilən ekoloji terrorun qarşısını almaq, bölgədə separatizmin inkişafını önləmək, ölkəmizin suveren ərazilərində Azərbaycanın nəzarətini təmin etməkdir.
Ekologiyanın sərhəd tanımadığını nəzərə alsaq, bu gün ermənilər tərəfindən Azərbaycana qarşı həyata keçirilən ekoloji terroru, həm də bütün bəşəriyyətə qarşı həyata keçirilən cinayət hesab edirik. Bildiririk ki, bu cinayətin qarşısının alınmasında bütün dünya ciddi həmrəylik sərgiləməli, bu terrorun davam etməsinə, onun fəsadlarının daha da ağırlaşmasına yol verməməlidir.
Ümid edirik ki, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, dünya ictimaiyyəti ermənilər tərəfindən həyata keçirilən ekoloji terrorun qarşısını almaq üçün Azərbaycanın səylərini praktiki şəkildə dəstəkləyəcək, bu terrora son qoymaq üçün rəsmi İrəvana ciddi təzyiqlər göstərəcək. Dünyanın harasında baş verməsindən asılı olmayaraq, ekoloji terrorun qarşısını almağı bütün bəşəriyyətin mənəvi borcu hesab edir və bir daha planetimizin hər bir üzvünü bu borca sadiq olmağa səsləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO
14:43 25.07.2026
Hadisə
Rusiyanın PUA hücumu nəticəsində Sumıda 3 nəfər öldü
14:29 25.07.2026
Dünya
Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
14:12 25.07.2026
Gündəm
"ChatGPT"-nin işində fasilələr yarandı
14:09 25.07.2026
Texnologiya
Hökməli qəsəbəsində avtomobil yandı
13:45 25.07.2026
Hadisə
PUA hücumu nəticəsində Tümen NEZ-də yanğın baş verib
13:17 25.07.2026
Dünya
İbrahim Kutluay alimentin ləğvi ilə bağlı iddiadan imtina edib
12:55 25.07.2026
Cəmiyyət