Ermənilərin xilas yolu Azərbaycana sıx inteqrasiyadan keçir
Turan
07:57 23.06.2021
Siyasət
598
"Regionda istənilən qarşıdurma cəhdləri Şuşa Bəyannaməsinə toxunaraq şüşə kimi sınacaq"
“Forpost Ermənistandakı bütün seçkilər kimi iyunun 20-də baş tutan seçki də siyasidən çox geosiyasi mahiyyətliydi”. Bu sözləri millət vəkili Sahib Alıyev parlamentin iclasında səsləndirib. Deputat vurğulayıb ki, Şuşa Bəyannaməsinin varlığı Robert Koçaryana verilən dəstəyi ikinci Qarabağ savaşında sərgilənən “neytrallıq” çərçivəsində saxladı:
“Ermənistada seçki prosesi yumşaq senari üzrə getdi, ən pisin yox, pislərin yaxşısının seçilməsinə şərait yaradıldı. Seçkidə mandat qazanan bloklardan heç birinə verilən səslər dəstək xarakteri daşımırdı. Çünki hakimiyyətə əsas iddialıların hamısının antireytinqi reytinqlərindən qat-qat üstün idi. Paşinyanın qazandığının çoxu “Qarabağ klanı”na, Koçaryanla Sarkisyana verilən səslərin əksəriyyəti isə savaşı uduzmuş Paşinyana nifrət səsləriydi. Səslərin bu cür bölgüsü reallığı əks etdirir. Ona görə əks etdirir ki, ermənilər başlarına gələn fəlakətdə ölkəni savaşa sürükləyən Paşinyandan daha çox, Koçaryanla Sarkisyanın rolunun olduğunun fərqindədirlər. Yəqin Xankəndidəkilər də Ermənistanda özlərinə qarşı nifrətin kökündə məhz həmin cütlüyün durduğunu bilməmiş deyillər”.
Parlament üzvü qeyd edib ki, ermənilərin qurtuluşu qonşularla əməkdaşlıqdan asılıdır:
“Ermənilər xilas yollarının məhz Azərbaycana sıx inteqrasiyadan keçdiyini, Konstitusiyamıza sığınaraq yaşamaq olduğunu anlamalıdırlar. Dərk etməlidirlər ki, onların da xilaskarı cənab İlham Əliyevdir. Nə qədər tez anlasalar, bir o qədər özləri üçün əlverişli olacaq. Ermənilərdən geosiyasi məqsədlərlə faydalanmağı düşünənlər də anlamalıdırlar ki, regionda istənilən qarşıdurma cəhdləri Şuşa Bəyannaməsinə toxunaraq şüşə kimi sınacaq. Şuşa Bəyannaməsi region üçün sülhdən başqa ayrı seçim buraxmır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm