Ermənistan 3-5 ildən sonra nə edə bilər ki... - ŞƏRH
Yusif Nəzərli
14:03 13.06.2023
Siyasət
521
İki dövlət arasında münasibətlərin olmasını istəmirlər
Ermənistan Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirir. Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa əngəl yaradır. Əgər Ermənistan bölgədə sülh və əmin-amanlıq tərəfdarıdırsa, bu kimi müdaxilələrə son qoymalıdır.
Erməni politoloq Aram Sarkisyan bildirib ki, Ermənistan çox ağrılı addımla razılaşdı, çünki strateji müttəfiqləri (Rusiya nəzərdə tutulur – red.) onlar üçün ən əlverişsiz həll yolunun tərəfdarıdır: “Azərbaycana təsir etmək və hərbi balansı bərpa etmək iqtidarında olan yeni müttəfiqlər bir çox yerlərdə belə bir həll yolundan istifadə ediblər və xoşbəxtlikdən, nəticələr pis deyil:
Ermənistana daha 3-5 il zəmanətli sülh lazımdır, əminəm ki, bundan sonra Azərbaycan sərhəddəki toqquşmalardan, qeyri-sabitlikdən şikayətlənəcək”.
Rusiyanın uduzacağına əminliyini ifadə edən Sarkisyan sonra “növbənin” Azərbaycana gələcəyini iddia edib.
O, regional iqtisadi-siyasi formata qarşı da çıxıb: “3+3 formatlı proqramlarla Qərbi regiondan sıxışdırmağa çalışan liderlər bağışlanmayacaq”.
Erməni siyasi şərhçinin fikirlərinə münasibət bildirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Sherg.az" açıqlamasında erməni politoloqun sözlərinin publikaya hesablandığını vurğulayıb: “Ermənistan 3-5 ildən sonra nə edə bilər ki, Azərbaycan toqquşmalardan şikayətlənsin?! Rusiyadan tapşırıq alıblar. İki dövlət arasında münasibətin olmamasını istəyirlər. Rusiyanın gələcəkdə yarana biləcək Azərbaycan-Ermənistan qarşıdurmasından yararlanması nəzərdə tutulub. Amma bu mümkünsüzdür. İki ildən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyannaməyə görə, Rusiya sülhməramlı kontingentin 5 illik qalma müddəti bitir. Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb, çox ciddi təxribat törədə bilmirlər. Ermənistanın daxilində narahatlıq var. İrəvan əhalisi Azərbaycan Ordusunun ora daxil olmasından qorxur.
Azərbaycan kənardan gələn bütün ekoloji, siyasi, iqtisadi, hərbi təhdidlərə qarşı tədbirlər görür. Ermənistan indi də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində, Arazdəyəndə ABŞ şirkəti ilə birgə iri metallurgiya zavodunu inşa etmək niyyətindədir. Bu da Naxçıvan üçün ekoloji təhdid, ekoloji terror anlamına gəlir. Mediada məsələ işıqlandırılır. Dövlət də planlarına uyğun olaraq müvafiq addımlar atacaq".
Nizam Məhərrəmov,
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya