Ermənistan Azərbaycanın irəli sürdüyü öhdəlikləri yerinə yetirməlidir
Yusif Nəzərli
07:09 18.03.2022
Siyasət
550
Mirzoyanın MDB-nin yaradılması haqqında sazişlə bağlı mülahizələrinin heç bir əsası yoxdur
“Ermənistanın “sülh danışıqlarına” Minsk qrupunun cəlb edilməsi ilə bağlı növbəti manevr cəhdləri, Xarici işlər naziri Ararat Mirzoyanın məntiqsiz açıqlamaları rəsmi İrəvanın hələ də regiondakı mövcud reallıqları dəyərləndirmək imkanında olmadığını sübuta yetirir”. Bu sözləri siyasi icmalçı Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, Azərbaycanın təklif etdiyi 5 baza prinsipindən üçü, birbaşa beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə əsaslanır:
“Baza prinsiplərinin birinci maddəsində qeyd olunur ki, Azərbaycan və Ermənistan bir-birilərinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını qarşılıqlı şəkildə tanımalıdır. Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan, yuxarıda iqtibas gətirdiyim maddə ilə bağlı ölkəsinin rəsmi mövqeyini ifadə edib.
O bildirib ki, Ermənistan MDB-nin yaradılması haqqında saziş imzalamaqla artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Təbii ki, bu konkret tələbdən, yaxud təklifdən növbəti dəfə ermənisayaq yayınma cəhdindən başqa bir şey deyil. Xatırladım ki, Müstəqil Dövlətlər Birliyinin yaradılması ilə bağlı Belovejsk razılaşması 1991-ci il dekabrın 8-də imzalanıb. Azərbaycan, Ermənistan və digər ölkələr razılaşmaya həmin ilin dekabrının 21-də qoşulublar.
Həmin gün MDB-nin məqsədləri və prinsipləri haqqında Bəyannamə də imzalanıb. Sözügedən sənəddə qurum üzvü olan ölkələrin “bir-birilərinin ərazi bütövlüklərini tanıdıqları və hörmətlə yanaşdıqları, mövcud sərhədlərin toxunulmazlığı prinsipini qəbul etdikləri” imperativ şəkildə qeyd olunub.
Amma nəzərə almaq lazımdır ki, Azərbaycanın birliyə qoşulması ilə bağlı sənəd ölkə parlamentində 24 sentyabr 1993-cü ildə ratifikasiya olunub və elə həmin gün MDB dövlət başçıları şurasının qərarı ilə ölkəmiz rəsmi şəkildə təşkilatın üzvlüyünə qəbul edilib”.
E.Mirzəbəyli xatırladıb ki, Ermənistan isə MDB-nin yaradılması ilə bağlı sənədi 1991-ci il dekabrın 26-da ratifikasiya edib və təbii ki, Azərbaycandan 1 il 9 ay öncə qurum üzvlüyünə qəbul olunub:
“Bu isə o deməkdir ki, Ermənistan Ararat Mirzoyanın iddia etdiyi kimi MDB-nin yaradılması ilə bağlı sənədi imzalayanda Azərbaycanın ərazi bütövlüyünü tanıya bilməzdi. Ona görə ki, Azərbaycan həmin dövrdə qurumun üzvü deyildi. Doğrudur, razılaşmada yer alan prinsiplər sonradan qoşulan dövlətləri də əhatə edir. Ancaq bunun Mirzoyanın istinad etdiyi zaman kəsiyinə heç bir aidiyyəti yoxdur. Bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan MDB-yə qoşulmaq haqqında sənədi dövlət başçılarının iştirakı ilə 1991-ci il dekabrın 21-də imzalayıblar. Sənəd hətta sonradan ratifikasiya olunsa da belə, Azərbaycanın 10 rayonu Ermənistan tərəfindən sözügedən razılaşma imzalandıqdan sonra işğal edilib. Bu rayonlardan biri - Zəngilan rayonu isə Azərbaycan MDB-yə rəsmi şəkildə üzv qəbul edildikdən sonra işğal altına düşüb. Bu isə o deməkdir ki, Ermənistan xarici işlər nazirinin mülahizələrinin heç bir əsası yoxdur və rəsmi İrəvan sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfindən irəli sürülən öhdəlikləri yerinə yetirməlidir. Əks təqdirdə bu sülh sazişinin imzalanmasının heç bir əhəmiyyəti olmayacaq”.
Siyasi şərhçi qeyd edib ki, Ermənistan Xocalı istisna olunmaqla, Azərbaycan hazırda işğaldan azad etdiyimiz bütün digər ərazilərini BMT-yə üzv qəbul olunduqdan sonra qəsb edib:
“Yəni təşkilatın nizamnaməsinin prinsiplərini kobud şəkildə pozub. BMT Nizamnaməsi isə MDB-nin yaradılması haqqında razılaşmadan və bu xüsusda sonradan imzalanan, ratifikasiya edilən bəyannamə və protokollardan dəfələrlə üstün hüquqi qüvvəyə malikdir. Qətnamələri heçə sayan bir ölkənin MDB-nin yaradılması haqqında sazişlə bağlı mülahizələrinə etimad göstərmək üçün isə düşünürəm ki, heç bir əsasımız yoxdur. Ermənistan məhz Azərbaycan qarşısında, həm də konkret önləyici təsir mexanizmləri olan öhdəliklər götürməlidir. Ermənistanın baza prinsiplərdən imtina etmək üçün heç bir tutarlı hüququ və məntiqli əsası ola bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol