Ermənistan bu məsələni Türkiyə ilə razılaşdırmaq istəyir
11:34 13.01.2024
Siyasət
565
“Araz çayını əvvəlki məcrasına qaytarmaq üçün orada bəndin tikintisi layihəsi, lazım gələrsə, Türkiyə ilə razılaşdırılacaq”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Mətbuat xidməti bildirib.
“Hazırda layihə sənədlərinin Rusiya Sərhəd Qoşunlarının rəhbərliyi ilə, lazım gələrsə, Türkiyə tərəfi ilə razılaşdırılması üzrə müzakirələr aparılır. Onlar başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq”, - məlumatda deyilir.
Müqavilə və layihə sənədlərinə əsasən, tikinti işlərinin müddəti 16 ay olacaq.
Daha əvvəl verilən xəbərə görə, bəndin tikintisi 1 milyon dollara yaxın məbləğə başa gələcək.
Xatırladaq ki, Ermənistan tərəfində qanunsuz qum hasilatı nəticəsində Türkiyə ilə sərhədin keçdiyi Araz çayı məcrasını dəyişib və təxminən 400 ha ərazisi olan ada yaranıb. Problemlərin qarşısını almaq üçün nazirlik çayın sularını əvvəlki məcrasına yönəltmək üçün çayın hazırkı yatağında uzunluğu təxminən 130 m və dərinliyi 8 m olan bənd tikməyi təklif edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm