Ankara Böyükşəhər Bələdiyyəsi rəhbər Mansur Yavaşın başqa siyasi partiyaya keçəcəyi barədə yayılan iddiaları təkzib edib.
Sherg.az xəbər verir ki, bələdiyyənin yazılı açıqlamasında bu iddiaların dəfələrlə təkzib olunmasına baxmayaraq, yenidən gündəmə gətirildiyi bildirilib.
Açıqlamada Yavaşın mövqeyinin aydın olduğu vurğulanıb və onun “Seçicinin iradəsinə sədaqət siyasətin namusudur” fikri xatırladılıb.
Bələdiyyə ictimaiyyəti həqiqəti əks etdirməyən bu iddialara inanmamağa çağırıb.