Ermənistan dilemma qarşısında: "Ya sülh, ya da başına ələnən od..." - Bakı diktə edir!
Ermənistan dilemma qarşısında: "Ya sülh, ya da başına ələnən od..." - Bakı diktə edir!
Yusif Nəzərli
13:33 03.03.2022
Siyasət
413
“İndi rəsmi İrəvanın gələcəyinə dair baxışlar heç də xoş deyil. Bir tərəfdən Azərbaycanın hərbi cəbhədə qələbəsi, digər tərəfdən Türkiyə amili və Rusiyadan gələn təhdidlər”
“Rəsmi İrəvan belə “diş qıcama” ilə vaxt qazanmağa çalışır”
“Amma hər keçən gün İrəvanın başına ələnən oda çevrilir”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimi qəbul edib. Görüşə səbəb A.İbrahimin ölkəmizdəki diplomatik fəaliyyətinin sona çatması olub.X İN baçısı səfirə post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyət,azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. Eyni zamanda işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində imkanların yaradıldığını qeyd edib. C.Bayramov bildirib ki,tərəflər arasında əlaqələrin inkişafı üçün ilk növbədə beynəlxalq hüququn suverenlik,ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməlidir.
Siyasi şərhçi Aqşin Kərimov Azərbaycan XİN başçısının bu açıqlamasını“Sherg.az”a dəyərləndirib. O bildirib ki, hazırda Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək məcburiyyətindədir:
“Əks halda bu ölkənin başına hansı hadisələrin gələcəyi məlumdur. İndi rəsmi İrəvanın gələcəyinə dair baxışlar heç də xoş deyil. Bir tərəfdən Azərbaycanın hərbi cəbhədə qələbəsi, digər tərəfdən Türkiyə amili və Rusiyadan gələn təhdidlər. Ermənistan ikili stulda oturmağa çalışsa da, o Rusiyanın forpostu statusundan çıxa bilməyib”.
Analitik Nikol Paşinyanın Azərbaycanla sülhə dair son çıxışına diqqət çəkib:
“O bildirib ki, tərəflər arasında sülh müqaviləsi imzalanacaq. Amma bu müqavilənin parametrlərini texniki olaraq işləyib-hazırlamaq da müəyyən vaxt aparır.Burda hər detala fikir vermək lazımdır ki,Ermənistan gələcəkdə həmin maddəni istədiyi kimi interpretasiya etməsin”.
A.Kərimova görə, hazırda Azərbaycan qətiyyətli prinsipiallıq nümayiş etdirir və rəsmi İrəvana indidən ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenliyin tanınması kimi məsələlərin vacibliyini eşitdirir:
“İndi seçim Ermənistanındır”.
Siyasi şərhçi həmçinin rəsmi Bakı ilə əlaqələrin yaxşılaşmağa doğru getdiyi bir vaxtda Ermənistanın sərhəddə törətdiyi təxribatlara toxunub:
“Bilirsinizmi bu nəyə bənzəyir? Təsəvvür edin, bir siçovul heç yerə çıxışı olmayan küncə sıxışdırılıb.Amma dişini göstərib öz qorxusunu nümayiş etdirir. Ermənistanın hazırkı davranışlarını da məhz bu halla müqayisə etmək olar.Rəsmi İrəvan belə “diş qıcama” ilə vaxt qazanmağa çalışır. Amma hər keçən gün İrəvanın başına ələnən oda çevrilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
18:16 27.07.2026
Dünya
Dələduzlar artıq "WhatsApp" üzərindən ov edir - EKSPERT RƏYİ
18:11 27.07.2026
Aktual
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya