Ermənistan faciə içərisindədir
Yusif Nəzərli
09:54 19.08.2022
Siyasət
546
Vasif Əfəndi: "İctimai-siyasi gərginliyə səbəb xaricdə yaşayan milliyətçi donuna girmiş erməni baronlarıdır"
“Paşinyan hökumətini zəiflətmək istəyirlər"
Son günlər Ermənistanda ard-arda gərgin hadisələr baş verir. Proses ölkə daxilində ciddi xaos yaradıb. Cəmiyyətdə gərginlik artdıqca hakimiyyətə qarşı etiraz çağırışları artır. Təşvişə səbəb isə İrəvanda mülki və hərbi obyektlərə bomba qoyulması məlumatlarının yayılması və “Sürməli” ticarət mərkəzində baş vermiş partlayışdır. Qeyd edək ki, Ermənistanda “Surumal” ticarət mərkəzində baş verən partlayış təkcə düşmən ölkədə deyil, bütünlükdə Qafqaz regionunda ən önəmli mövzuya çevrilib. Hadisə Azərbaycanın informasiya məkanında da ciddi müzakirələrə yol açıb.
Dəhşətli partlayışda 3 nəfər ölüb, 60 nəfər yaralanıb, 17 nəfərsə itkin düşüb. Partlayışdan sonra Ermənistanda metroda və digər ictimai yerlərdə saxta bomba siqnalları verilir. Bomba axtarışları nəticəsiz qalsa da bu siqnallar ölkə vətəndaşlarında ciddi narahatlıq yaradıb.
Daxil olan məlumatda İrəvan metropoliteninin bütün stansiyalarına, bütün hərbi və mülki obyektlərə, ticarət mərkəzlərinə, zoopark, parlament binası, Qriqor Lusaroviç kilsəsinə bomba qoyulduğu bildirilib. Əraziyə xilasedicilər, mütəxəssislər cəlb edilib.
Hadisə ilə bağlı səslənən versiyalar isə Rusiya və Ermənistan arasında gərginliyə səbəb olub. Belə ki, Ermənistan tərəfi partlayışda Rusiyanı günahlandırıb və buna cavab olaraq rəsmi Moskva İrəvana NOTA verib. Ölkə daxilindəki mövcud gərginliyi nəzərə alan ABŞ isə Ermənistandakı səfirliyi vasitəsilə öz vətəndaşlarına xəbərdarlıq ünvanlayıb.
Azərbaycanlı ekspertlər isə “Sürməli” ticarət mərkəzində baş verən partlayışın terror aktı olduğunu və Paşinyanın istefaya göndərilməsində maraqlı olan təşkilatlar tərəfindən törədildiyini iddia edir.
Politoloq Vasif Əfəndinin “Şərq”ə açıqlamasına görə, Ermənistanda mövcud ictimai-siyasi gərginliyə səbəb xaricdə yaşayan milliyətçi donuna girmiş erməni baronlarıdır:
“Baş verənlər o dairələrin marağındadır ki, Paşinyan hökumətini zəiflətmək istəyirlər. Bu qüvvələr uzun zamandır ki, erməni xalqını milliyətçilik mərəzi üzərindən girov saxlayır. 100 ildən artıq bir zamandır ki, kiçik Ermənistan yaratmağa nail olan qüvvələr, guya, böyük Ermənistan yaradacaqları xəyalları ilə yedirdilən xalqı zülm içində yaşatmaqdadır. Qarabağ bölgəsində müvəqqəti nailiyyətdən başları gicəllənən qüvvələr ağır məğlubiyyətdən sonra yenidən erməni xalqının rifahını masaya daşıyırlar. Yerevanda bir-birinin ardınca təşkil edilən partlayışlar ölkədə xaos yaratmaq məqsədilə edilir. Ali məqsədləri hakimiyyətə təsir güclərini artırmaqdır. Bacarsalar Paşinyan hakimiyyətini devirərlər. Eyni zamanda Laçın şəhərinə həm Ermənistandan, həm də xaricdə fəaliyyət göstərən revanşist qüvvələrin gəldiyi barədə məlumatlar var. Laçın şəhərinin tam boşaldılaraq Azərbaycan tərəfinə təhvil verilməsinə bir həftə qalır. Bu qüvvələr həm də 10 noyabr sazişinin pozulmasına maraqlıdırlar. Avqust ayı ərzində Laçın şəhərini xeyli sayda xaricdən gətirilən ermənilər tərk etməyə məcbur olsa da proses başa çatmayıb. Azərbaycan tərəfinin dronlar vasitəsilə apardığı çəkilişlər zamanı separatçıların evlərimizi və meşələri yandırdıqları görüntüləri var. Hələlik Azərbaycan tərəfi maksimum dözümlülük nümayiş etdirir. Hesab edirəm ki, onlar durmasa vandallara zərbə vurmaq qaçılmaz olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya