
Ermənistan gerb, bayraq və himni məqsədli dəyişir -ŞƏRH
Yusif Nəzərli
14:44 01.02.2024
Siyasət
1243
İrəvan anlayır ki, sərhədlərin delimitasiya və demarkasiyasının 1970-1980-ci il xəritələri ilə müəyyən edilməsinə nail ola bilməyəcək
Son günlər Ermənistan ictimaiyyətinin müzakirə etdiyi mövzulardan biri də dövlət atributları olan gerb, bayraq və himnin dəyişdirilməsidir. Paşinyan tərəfindən ilk dəfə gündəmə gətirilən bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan da müdafiə edib. Diqqətçəkən əsas məsələ isə Ermənistanın bunu Azərbaycan və Türkiyənin təzyiqi ilə etməsi iddiasıdır. Simonyan deyir ki, “Hakimiyyətin Azərbaycanın təzyiqi əsasında ölkənin əsas qanununu dəyişmək istəməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. İrəvanın hara getdiyini və hansı məqsədlər güddüyünü anlamalıyıq, Ermənistan Respublikası niyə mövcuddur, dərk etməliyik”. İlk növbədə qeyd etmək lazımdır ki, rəsmi Bakı və Ankara bu istiqamətdə Ermənistana təzyiq etmir, amma konstitusiya və gerbdə dəyişiklik edilməsini istəyir. Bunun da obyektiv səbəbləri var. Qeyd edək ki, Ermənistan konstitusiyasının 13-cü maddəsində deyilir: “Bu, Ermənistan Respublikasının gerbidir. Mərkəzdə, qalxanın üzərində tarixi Ermənistanın dörd krallığının gerbləri olan Ağrı dağı, Nuhun gəmisi təsvir edilib”.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Ağrı dağı Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərinə aid deyil. Ekspert vurğulayıb ki, bu, açıq-aşkar Türkiyəyə ərazi iddiasıdır:
"Gerbdəki “tarixi erməni krallıqlarının” əraziləri isə həm Türkiyə, həm də Azərbaycan torpaqlarını əhatə edir. Yəni Ermənistan konstitusiyasında və dövlət gerbində Türkiyə və Azərbaycana qarşı ərazi iddiası var. Erməni rəsmilərin Azərbaycan və Türkiyənin təzyiqini qabardaraq dövlət atributlarını, konstitusiyanı dəyişmək istəməsinin pərdə arxasında tamam fərqli məqsədlər var. Konstitusiya dəyişikliyi Paşinyana Türkiyə ilə münasibətləri normallaşdırıb sərhədlərin açılmasını təmin etmək, beləliklə də, Qərbə inteqrasiyanı sürətləndirmək üçün lazımdır. Bundan başqa, Nikol bununla həm də səlahiyyətlərini artıraraq ölkəsində bütün ipləri ələ almaq istəyir. Ermənistan xüsusilə dövlət atributlarını dəyişdirərək 1918-ci ildə qurulmuş Ermənistan Demokratik Respublikasından imtina etmək istəyir. Məsələ ondadır ki, Ermənsitanın bugünkü himni “Mer Hayrenik”(Ana vətənimiz) ilk himnləridir. Bəstəkarı Barseq Kanaçyan, sözləri isə Mikayel Nalbandyana aid olan himn 1918-ci ildə Ermənistan Demokratik Respublikasının himni kimi səsləndirilib. 1991-ci ildə yenicə müstəqil olan Ermənistanın himni qəbul edilib".

Analitik qeyd edib ki, Ermənistanın bugünkü gerbi və bayrağı da 1918-ci ildəki ilə eynidir:
"Ermənilər bunu qəbul etməsələr də, bir-iki kiçik dəyişiklik və rəng tonu fərqinin olduğu açıq-aşkar ortadadır. Ermənistanın 1918-ci ilə aid himn, gerb və bayrağı daşıması, dövlət atributu sayması həm də Demokratik Respublikanın varisi olduğunu göstərir. Lakin İrəvan anlayır ki, özünü Ermənistan Demokratik Respublikasının varisi və davamçısı sayaraq, sərhədlərin delimitasiya və demarkasiyasının 1970-1980-ci il xəritələri ilə müəyyən edilməsinə nail ola bilməyəcək. Buna görə də tədricən onlardan imtina edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol