
Ermənistan itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirmir
10:41 05.10.2024
Siyasət
555
Mübarizəmiz davam etməlidir
İşarələnməmiş minaların və kütləvi məzarlıqların yerləşdiyi ərazilərin dəqiq xəritələri Azərbaycan tərəfinə təqdim olunmur
Azərbaycanın tələb etməsinə baxmayaraq, Ermənistan itkin düşən azərbaycanlılar haqda məlumat verməkdən imtina edir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlara edilən müraciətlər də nəticəsiz qalır, reaksiyalar gəlmir. Prezident İlham Əliyev də ötən gün bu məsələyə diqqət yönəldib. Dövlət başçısı qeyd edib ki, itkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir. Ölkə rəhbəri bildirib ki, 4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur ki, onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da var: "2020-ci il Vətən müharibəsində isə 6 Azərbaycan vətəndaşı itkin düşüb. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edib. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanılıb". Prezident əlavə edib ki, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər: "Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir. Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir". Xatırladaq ki, separatçı rejimin qalığı Samvel Babayan həyasız təkliflə çıxış edib. Babayan deyib ki, əgər Bakıda həbsdə olan hərbi əsirlər, daha doğrusu, terrorçular azadlığa buraxılarsa, Birinci Qarabağ müharibəsində itkin düşən təxminən 4 min azərbaycanlının harada basdırıldığını söyləyəcəyini bildirib. Ermənistan Baş Qərargah rəisinin keçmiş müşaviri Vladimir Poqosyan bu açıqlamanı İrəvan üçün zərərli adlandırıb və cinayətlərin etiraf olunması kimi şərh edib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, hərbi əsirlərlə bağlı Azərbaycan öz mövqeyini dəfələrlə səsləndirib. Ekspertin sözlərinə görə, Azərbaycanın bütün hərbi əsirlərin qaytarılması öhdəliyini üzərinə götürdüyü sonuncu sənəd 2020-ci il noyabrın 10-da imzalanıb:

"Həmin günə qədər tutulanların hamısı geri qaytarılıb. Bu tarixdən sonra Qarabağda saxlanılanlar isə hərbi əsir sayılmır. Onlar sərhəd pozucuları, silahlı şəxslərdir və Azərbaycan qanunlarına uyğun olaraq həbsxanalarda cəzalarını çəkirlər. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirmir. İşarələnməmiş minaların və kütləvi məzarlıqların yerləşdiyi ərazilərin dəqiq xəritələrini Azərbaycan tərəfinə təqdim etmir. Bununla da, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozur. Bu istiqamətdə mübarizəmiz davam etməli, beynəlxalq təşkilatlar da bu prosesə sövq edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə