Ermənistan Rusiya asılılığına son qoymaq istəyir - ŞƏRH
Yusif Nəzərli
10:18 21.07.2023
Siyasət
643
“Ermənistan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının nəticələrini öyrənməli və Rusiya ilə müttəfiqlik münasibətləri üçün riskləri qiymətləndirməlidir”.
Bunu Rusiya Federasiyası Federal Məclisi ilə Ermənistan parlamenti arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın iclasında Federasiya Şurası sədrinin müavini, parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Yuri Vorobyov deyib.
Onun sözlərinə görə, bu, Haaqa Məhkəməsinin baxdığı bütün işləri Ermənistanın tanıması deməkdir:
“Biz erməni həmkarlarımızın bu addımının anti-Rusiya olmadığı kontekstindən çıxış etsək də, praktikada bu, Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur”.
Y.Vorobyov Ermənistan parlamentarilərini müttəfiqlik münasibətlərini və Roma statutunu qiymətləndirməyə çağırıb.
Məsələni "Sherg.az"a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, əgər rəsmi İrəvan Roma statusuna qoşulsa, Rusiya Prezidenti Ermənistana gəldikdə saxlanılmalıdır:
"Cənubi Afrikada nəzərdə tutulmuş sammitə Putinin getməməsi təcrübəsi də bunu sübut etdi. Yəni Ermənistan bu statusun tam üzvü olarsa, Kremllə arasında müəyyən məhdudiyyətlər əmələ gələ bilər. Bu isə ikili münasibətlərə təsirsiz ötüşməyə bilməz. Moskvanın verdiyi əsas mesaj da bundan ibarətdir. Digər tərəfdən əgər Ermənistan belə bir addım atıbsa, deməli Rusiyadan asılılığına son qoymaq istəyir. Yəni bu gün Roma statutuna qoşulursa, sabah başqa işlər də görə bilər. Kreml də bundan ehtiyat edir".
Qeyd edək ki, 2022-ci ilin sonunda Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya üçün parlamentə göndərib.
Xatırladaq ki, Haaqa Məhkəməsi Rusiya Prezidenti Vladimir Putini Ukraynada uşaqların itkin düşməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmasına dair hökm verib. Ermənistan Roma Statutunu qəbul edərsə, V.Putin İrəvana gəldiyi halda onu həbs etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil