Ermənistana ordu göndərsək... - Fransız nəşrdən şok etiraf
Yusif Nəzərli
08:00 29.01.2024
Siyasət
322
Avropa pulemyot quraşdırıla bilən maşınlar göndərməkdən daha böyük addım atmağa hazırdırmı? Bu, Türkiyənin və ya Azərbaycanın qorxacağı bir silah deyil. Etiraf edim ki, bu suallara cavab verə bilmərəm.
Axar.az xəbər verir ki, bunu Fransanın “Fiqaro” nəşrinin redaktor müavini, ermənipərəst politoloq Jan-Kristof Byuisson deyib.
“İnanmıram ki, bugünkü geosiyasi vəziyyətdə, Rusiya-Ukrayna münaqişəsi kontekstində Avropa ikinci cəbhə açmağa hazır olsun. Çünki gəlib ermənilərə kömək etsək, nəinki NATO üzvü Türkiyə, həm Azərbaycan, həm də problem yaşayacağımız Rusiyanın hərbi varlığı ilə qarşılaşacağıq, Moskva buna göz yummayacaq. Başqa sözlə, Ermənistanla ittifaq iki münaqişə yarada bilər və buna görə Avropa “bu oyuna girməyə dəyərmi?” deyə düşünür. Avropa müsəlman ölkələri arasındakı bu kiçik adanı (Ermənistan - red.) yeni regional münaqişə, hətta Üçüncü Dünya müharibəsinə gətirib çıxara biləcək riskləri nəzərə alıb, qorumayacaq. Belə deyək ki, sabah Ermənistana hücum etmək qərarına gəlsələr, yaxud İrəvanda rusiyapərəst çevriliş baş versə, Avropa iki-üç min kilometr məsafədən müdaxilə edəcəkmi?
Hökumət və təəssüf ki, hətta Fransa əhalisi də Avropa əsgərlərinin Ermənistanda ölməsini anlamaz. İrəvana silah göndəririk, ona kömək edirik, amma bu silahları, “Ermənistanın tərəfindəyik, hücum etsəniz, bəlkə hərbi cəhətdən də onun yanında olacağıq” mesajı üçün göndəririk. Hərbi-siyasi reallıq elədir ki, Fransa parlamenti və xalqı Ermənistanı müdafiə etmək üçün əsgər göndərməyə razı olmayacaq. Fransız əsgərlərini islamçılarla döyüşən Malidə ölməyə göndərəndə də oxşar təcrübəni yaşadıq. Fransız əsgərləri Malinin demokratiyasını müdafiə etdilər, baxmayaraq ki, Mali onlara çox da minnətdar deyil. Yaxın əlaqələrimiz olan Ermənistana əsgərlərimizi göndərmək mümkün idi, amma bir tərəfdən Rusiyadan, digər tərəfdən NATO üzvü Türkiyədən qorxduğumuz üçün hələ də bunu etməmişik”, - o bildirib.
Politoloq qeyd edib ki, Avropa, o cümlədən Fransa Türkiyədən çox qorxur:
“Çünki Suriyadakı vətəndaş müharibəsindən sonra Türkiyədə minlərlə qaçqın var. Avropa Türkiyənin tələblərinə icazə verməsə və ona qarşı bir az aqressiv olsa, Ankara qapılarını açacağı ilə hədələyir, açarsa, bu qaçqınlar gedəcək. Fransa Senatının hökumətdən Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi tələb edən qətnaməsinə gəlincə, bu, sadəcə olaraq, arzudur. Bu arzular gerçəkləşəcəkmi? Təbii ki, yox: nə Avropa, nə də Fransa onları həyata keçirəcək. Çünki sanksiya tətbiqinin arzu olunan nəticələrə gətirib çıxaracağına əmin deyillər. Dəyişən yeganə amil, gördüyünüz kimi, bu gün Fransa ilə Azərbaycan arasında münasibətlərdəki böyük gərginlikdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...
01:26 10.10.2026
Texnologiya
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət