Ermənistanın planı başında çatladı
Turan
07:27 15.07.2020
Siyasət
819
KTMT-yə üzv dövlətlər Azərbaycanın haqlı olduğunun fərqindədir
Ona görə də təşkilat İrəvan hökumətinin çağırışlarına müsbət cavab vermir və bundan sonra da verməyəcək
Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat zamanı istər hərbi texnika, istərsə də canlı qüvvə baxımından ciddi itkilər verərək geri oturduldu. Bundan sonra işğalçı Ermənistan müxtəlif istiqamətlərdə yeni siyasi-diplomatik və informativ təxribatlara əl atmağa başladı. İlk növbədə, müxtəlif regional və beynəlxalq təşkilatlara yalan informasiyalar ötürməklə Azərbaycanı ittiham etdi. Lakin heç bir dövlət və beynəlxalq təşkilatdan arzu etdiyi münasibəti görə bilmədi.
Hətta ən çox ümid etdiyi və münaqişəyə tərəf kimi cəlb etmək istədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı belə Ermənistanın çağırışı ilə formal toplantı belə keçirmədi. İrəvan uzun müddət avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır.
Lakin düşmənin bütün cəhdləri boşa çıxır. Çünki Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri var. Təşkilat üzvləri də Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər.
Düşmən ölkənin KTMT ilə bağlı niyyətini “Şərq”ə təhlil edən politoloq İlqar Vəlizadə bu cür düşüncənin ermənisayağı məntiq olduğunu deyib. Siyasi şərhçi bildirib ki, Ermənistan sözügedən təşkilata onu nə vaxtsa Azərbaycana qarşı qoymaq üçün qoşulub:
“Qurumun nizamnaməsinin 5-ci bəndində belə bir ifadə var ki, “əgər hansısa üzv dövlətin ərazi bütövlüyünə qarşı addım atılarsa, KTMT ölkələri buna dərhal reaksiya verməlidir”. Ermənilər bu məqsədlə bir neçə dəfə sərhədyanı bölgələrdə təxribata əl atıblar. Məsələ ondadır ki, təşkilat üzvləri Dağlıq Qarabağ münaqişəsində kimin haqlı olduğunu çox yaxşı bilir.
Bu ölkələr fərqindədir ki, Azərbaycan ordusu ermənilərlə qonşu ölkənin sərhədlərini aşaraq mübarizə aparmır. Heç bir dövlətin ərazisi ilə işimiz yoxdur, kiməsə torpaq iddiası da etmirik. Rusiya və digər ölkələr də başa düşürlər ki, rəsmi Bakının İrəvana qarşı aqressiv planları yoxdur. Məhz ona görə Rusiya başda olmaqla digər KTMT üzvləri Azərbaycana silah satır, bizimlə yaxın əməkdaşlıq edirlər”.
İ.Vəlizadənin fikrincə, təşkilatın sərhəddə baş verən insidentə reaksiyası da anlaşılandır:
“İrəvan hansı üzlə KTMT-dən yardım tələb edəcək? İki il öncə baş nazir Nikol Paşinyanın addımlarına görə, qurum düz bir il başsız qalmışdı. Paşinyan təşkilatın yeni rəhbərinə qarşı rəsmən çıxış etmiş, onu qəbul etməmişdi.
Ona görə də təşkilat İrəvan hökumətinin çağırışlarına müsbət cavab vermir və bundan sonra da verməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə