
Fransa Ermənistanı güdaza verdi: Paris İrəvandakı səfirinin diliylə reallığı qəbul etmək məcburiyyətində qalıb
11:50 24.02.2025
Siyasət
372
Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin Qarabağla bağlı sözləri ölkədə rezonans doğurub, müxtəlif ekspert və şərhçilər tərəfindən etirazla qarşılanıb. Səfir Ermənistanın hələ 1991-ci ildə Alma-Ata bəyannaməsinə imza atmaqla Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib. Dekotini ərazinin Sovet Azərbaycanına məxsus olduğunu qeyd edib. “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan səfirin paylaşımının həqiqəti əks etdirmədiyini deyib. Tevanyan Dekotinin 30 il əvvəlki siyasi proseslərdən xəbərsiz olduğunu söyləyib. O bildirib ki, səfirin ya Alma-Atadan əvvəlki və sonrakı proseslərdən xəbəri yoxdur, ya da özünü elə göstərir. Əgər Qarabağ o bəyannamə ilə 1991-ci ildə Azərbaycanın tərkib hissəsi kimi tanınıbsa, o zaman 44 günlük müharibədən əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il nə ilə bağlı danışıqlar aparırdılar? Həqiqət budur ki, Baş nazir Nikol Paşinyan Qarabağı 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının keçmiş prezidenti Şarl Mişelin vasitəçiliyi ilə ABŞ-ın o zamankı rəhbəri Co Baydenin himayəsində Azərbaycanın tərkib hissəsi kimi rəsmən tanıdı. Xarici qüvvələr sadəcə Rusiya sülhməramlılarının nə yolla olursa-olsun Qarabağdan çıxmasına çalışırdılar. Ermənilərin başına nələr gələcəyi isə heç kimə maraqlı deyildi. Makron ermənilərin yaşadıqlarına görə şəxsən günahkar olduğunu bilir və özünü təmizə çıxarmaq üçün ölkəmizdəki səfirinə belə sözlər deməsini tapşırıb. Fransa prezidenti və digərləri etdiklərinə görə cavab verməlidirlər. Onların hamısı Donald Tramp ABŞ prezidenti seçildikdən sonra cəsədə çevirildilər.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Fransa səfirinin belə danışması təsadüf deyil:

“Azərbaycan axır ki öz həqiqətlərini Fransaya da başa sala bildi. Ona görə də prosesin bitdiyini başa düşən Fransa dövləti Ermənistandakı səfirinin diliylə reallığı qəbul etmək məcburiyyətindədir. Azərbaycanın apardığı təmkinli, düşünülmüş və uzaqgörən siyasəti vəziyyəti indiki hala gətirib. İndi ermənilərin Fransa haqqında belə danışması bizim üçün təəccüblü deyil. Onsuz da Fransa Ermənistanı güdaza verəcəkdi və bu proses gerçəkləşdi. 44 günlük Vətən müharibəsində də Fransa erməniləri qızışdırırdı, lakin Ermənistan uduzan tərəf oldu. Azərbaycan zəfərini elan etdikdən sonra da Fransa dinc dayanmadı və Ermənistanı gərginliyə sürükləməyə davam etdi. Nəticə etibarilə 2023-cü ilin sentyabrında Azərbaycan antiterror əməliyyatı ilə Xankəndi mərkəz olmaqla, Qarabağdakı bütün terrorçu ermənilərlə işi bitirdi. Yəni Fransa Rusiya ilə birlikdə erməniləri həvəsləndirirdiki yenidən silahlansınlar. Ancaq yenə də itirən tərəf Ermənistan oldu. Ona görə də Ermənistana davamlı şəkildə çağırışlar edirik ki, Fransaya deyil, Azərbaycan və Türkiyəyə qulaq asmaq lazımdır. Çünki Ermənistanın nicatı və qurtuluğu Azərbaycandan keçir. Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru qurmaqla dünyaya örnək olur. İndi Ermənistanda əgər başa düşüblərsə ki, Fransa onlardan istifadə edib, yenə də gec deyil. Onlar ağıllarını başlarına yığıb Azərbaycan-Türkiyə ilə anlaşmalıdırlar. Belə olan halda Ermənistan öz problemlərini həll tezliklə həll edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya