Fransa Yeni Kaledoniyada baş verənlərlə bağlı repressiyalarını gücləndirir
Fransa Yeni Kaledoniyada baş verənlərlə bağlı repressiyalarını gücləndirir
09:08 24.06.2024
Siyasət
507
Fransa dənizaşırı müstəmləkəsi olan Yeni Kaledoniyada 2 polis məmuru da daxil olmaqla, 9 nəfərin həyatına son qoyan, 300-dən çox insanın yaralandığı iğtişaşların səbəbləri araşdırır.
APA xəbər verir ki, araşdırma çərçivəsində təqsirləndirilən şəxslərdən biri - etiraz aksiyalarının təşkilatçısı Kristian Teyn Fransaya göndərilib.
Paris Yeni Kaledoniyadakı vəziyyətdən son dərəcə narahatdır və Prezident Emmanuel Makron görünməmiş sərtlik nümayiş etdirərək bölgədə Fransanın idarəetməsini bərpa etməyə qərarlı görünür.
Son məlumatlara görə, Teyn ilə birlikdə daha 6 etirazçının Fransaya göndərildiyi məlum olub. Onlar silahlı soyğunçuluq və adam öldürməyə cəhddə ittiham oluna bilərlər.
Yeni Kaledoniyanın müdafiə hərəkatının rəhbərinin həbs olunması və Parisə gətirilməsi əslində, rəsmi Parisin idarəçilik üsulunun ötən yüzilliklər ərzində dəyişmədiyini göstərir. Bu hadisə Fransanın müstəmləkə işğalına qarşı üsyan qaldıran Haiti üsyançılarının lideri Fransua Tussen-Luvertyurun taleyini xatırladır. O da 1802-ci ildə sülh əldə olunmasına baxmayaraq, evində həbs olunaraq Fransaya aparılmış, 1803-cü ildə burada For-de-Ju qəsrində ölmüşdü. Bu hadisədən 200 ildən çox vaxt keçməsinə baxmayaraq, Fransa hələ də dənizaşırı koloniyalarında azadlıq mübarizəsinin liderlərinə qarşı eyni metodlar tətbiq edirlər. Bu mənada Kristian Teynin vətənindən uzaqda, metropoliyada işgəncələrə məruz qalacağı, qondarma ittihamlarla üzləşəcəyi və həyati təhlükəsinin olduğunu demək olar. İndiyədək 11 nəfər həbs edilib.
Teynin vəkilləri onun siyasi oyunların qurbanı olduğunu iddia etsələr də, daxili işlər naziri Jerald Darmanin Teynin Yerlərdə Fəaliyyətin Koordinasiya Qrupunun "mafioz xarakterli" bir quruluş olduğunu söyləyib.
Azərbaycanın Yeni Kaledoniyada baş verən hadisələrdə əli olduğunu iddia edən Dermanin bu dəfə də səsləndirdiyi iddialarını konkretləşdirməmək, əsaslandırmamaq qərarına gəlib. Bütövlükdə, Yeni Kaledoniyada baş verən hadisələr Emmanuel Makronun diktator metodlarına baş vurması anlamına gəlir. İndiyə qədər hər şey Fransa hüquq-mühafizə orqanlarının repressiya dalğasını sona qədər aparacağı kimi görünür. Yeni Kaledoniyadakı iğtişaşlarla bağlı həbslər Prezident Emmanuel Makronun populyarlığını artırmaq üçün müəyyən uğur fürsəti də ola bilər. Fransada çoxları onu kifayət qədər sərt lider hesab etmir. Bundan başqa o, Afrikada Fransanın təsirini qoruyub saxlaya bilməməkdə ittiham olunur. Bu kontekstdə Yeni Kaledoniyada yerli kanak xalqının konstitusiya dəyişikliyinə qarşı etirazlarını fürsət bilən Makron öz sərt, diktator yanaşmasını burada tam sərgiləmək imkanı qazanıb. O, Yeni Kaledoniyanın başlıca adası olan Qrande Terrə səfəri zamanı heç bir güzəşt olmayacağını və etirazçıların zorakılığının əsassız olduğunu bildirib. Bundan əvvəl də insan hüquqlarının kobud şəkildə pozulduğu Fransa Olimpiya Oyunları ərəfəsində repressiyalarını artırıb. Maraqlıdır ki, hər fürsətdə digər ölkələrdə insan hüquqlarının pozulmasını car çəkən, baş verən prosesləri mikroskop altında izləyən Avropa İttifaqı, ABŞ və beynəlxalq insan hüquqları təşkilatları baş verənlərə susur. Fransanın dənizaşırı müstəmləkəsində yerli xalqların etiraz, azadlıq haqlarını pozması, onları kütləvi həbs etməsi, bəzi hallarda öldürməsinə susqunluq Qərbin insan haqlarının pozulması hallarına seçici yanaşdığını, əsl məqsədlərinin heç də hüquq və azadlıqların təmin olunması olmadığını, geosiyasi maraqlarını hər şeydən üstün tutduğunu sərgiləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm