Fransada kütləvi itaətsizlik başlayıb
15:50 28.06.2023
Siyasət
654
Biz Fransa və inkişaf etməkdə olan istənilən dövlətin, o cümlədən Paris-Bakı münasibətlərinin müstəqillik dövrümüzü əhatə edən dövrünə diqqət yetirsək, "insan haqları" xəttinin qabarıq formada davam etdiyinin şahidi olarıq.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Deputat deyib ki, Fransanın bu mövzuda hər kəsə "dərs keçmək" iddiasında olduğunu sezmək çətin deyil: "Maraqlıdır ki, bir çox hallarda qlobal məkanda Parisin bu davranışı sükut və razılıqla qarşılanırdı. Ta ki, 2022-ci il noyabrın 1-də Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılış mərasimində və Qoşulmama Hərəkatının Bakı Zirvəsində Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin Fransanı ifşa etməsinə qədər. Məhz Azərbaycan Prezidentinin cəsarətli həmləsindən sonra artıq dünya Parisə daha açıq gözlə baxmağa başladı. Bu gün Fransa Afrikada sülh və insanlıq əleyhinə cinayətləri davam etdirən, müasir dövrdə müstəmləkəçilik təfəkkürünü yaşadan, son 100 ildə 20 milyondan artıq insanı fransız olmadığı üçün soyqırıma məruz qoyan, Avropada antisemitizm, antiislam və antitürk çağırışlarına mərkəzlik edən dövlətdir. Belə bir şəraitdə Parisin insan haqları barədə danışmağa, ümumiyyətlə, haqqı olmamalıdır".
Bəhruz Məhərrəmov qeyd edib ki, bu günlərdə Fransanın Nanter şəhərində polis tərəfindən 17 yaşlı Əlcəzair əsilli yeniyetmənin qətlə yetirilməsi bu tezisi bir daha sübut edir: "Bütün dəlillər göstərir ki, yeniyetmə məhz irqi zəmində öldürülüb. Bu mənada Makron rejiminin Avropada yeni nasizm ocağını körüklədiyini, BMT-nin sülh və əməkdaşlıq məqsədləri, insan haqları hədəflərini heçə saydığını görə bilərik. Polisin əlində çoxsaylı imkan və vasitələr, xüsusi davranış protokolları olmasına baxmayaraq Fransa polisinin tabesizlik göstərən və heç bir əlavə təhdid yaratmayan yeniyetməni soyuqqanlılıqla qətlə yetirməsi bunu əyani olaraq bir daha göstərdi. Lakin beynəlxalq insan haqları təsisatları, digər regionlarda uydurma hüquqların carçısına çevrilən ixtisaslaşmış təşkilatlar bu məsələni nəinki pisləmir, ümumiyyətlə, görməzdən gəlməklə bu bəşəri cinayətə ortaq olurlar.
Təbii ki, siyasiləşmiş insan haqları təşkilatları və imperialist məqsədli Fransa dövlətindən fərqli olaraq özünün dəyərləri və ənənələri ilə qürur duyan Fransa cəmiyyəti üçün bu, ciddi utancdır və fransızlar prosesə sükutla yanaşmaq niyyətində deyil. Bu mənada Fransada başlanmış iğtişaşlar, barrikadaların qurulması, avtomobillərin, müxtəlif obyektlərin yandırılması, polislə toqquşmalar artıq prosesin sadəcə etiraz yox, kütləvi itaətsizlik olmasının göstəricisidir. Baş verənlər göstərir ki, xalqın Makron hakimiyyətinə etimadı qalmayıb. Bir neçə şəhəri əhatələyən iğtişaşlarda da hökumətin diktatura kimi davranması əleyhinə şüarlar səslənib. Bu əslində Makron hakimiyyətinin ciddi laxlaması deməkdir. Görünən odur ki, Qafqazda, Mərkəzi Afrika və Yaxın Şərqdə neokolonist niyyət sərgiləyən Makron heç Fransanın özündə artıq siyasi perspektivə malik deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol