
Fransanın təlimatı: "Mülki missiya" kəşfiyyat məlumatlarını ötürür?
11:23 13.12.2023
Siyasət
496
Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasındakı sərhəddə mülki missiyanın sayını 138-dən 209 çatdırmağı planlaşdırır. Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.
"Aİ Şurası Ermənistandakı mülki missiyamızı gücləndirmək, oradakı mövcudluğumuzu 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib” - deyə, o qeyd edib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan hərbi ekspert Ədalət Verdiyev vurğulayıb ki, Avropa İttifaqının Ermənistandakı mülki missiyasının sayının artırılması İrəvana heç bir müsbət dividentlər gətirməyəcək:

"Müharibədən sonrakı dövrdə belə bir missiya Azərbaycan Ermənistan sərhəddində fəaliyyət göstərirdi. İndi isə yalnız onların sayı 50 faiz artırılır. Nəzərə alsaq ki, bu missiyanın tərkibində daha çox ehtiyatda olan zabitlər və polislər xidmət edir demək olar ki, onlardan bir çoxu təmsil etdikləri ölkənin kəşfiyyat orqanları ilə əlaqəlidir. Ona görə də həmin heyətin Azərbaycan Ermənistan sərhəddində əsas missiyası kəşfiyyat məlumatları toplamaq, daha sonra onları həftəlik və aylıq raportlar şəklində tərtib etməkdən ibarətdir. Digər tərəfdən isə bu missiya Rusiya dövlətini regiondan çıxarmağa hesablanıb. Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Barrel tərəfindən Cənubi Qafqazda həyata keçirilən layihə və tədbirlərin birmənalı olaraq regionda sülhə ziyan vurduğunu, təhlükəsizlik məsələlərini şübhə altına aldığını rahatlıqla söyləmək mümkündür. Görünən odur ki, Cozef Barrel daha çox Fransadan gələn təlimatları yerinə yetirməyə çalışır. Bu fəaliyyətlərin isə Ermənistana müəyyən problemlər yaratması qaçınılmaz deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə