
Gözlənilən Putin-Zelenski görüşü: “Rusiyanın qüvvəsi tükənir...” – Masanın zəif bəndi...!
Yusif Nəzərli
15:29 14.03.2022
Siyasət
990
Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu martın 13-də mətbuat konfransı keçirib. O konfrans zamanı martın 6-da Rusiya prezidenti Valdimir Putinlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında olan telefon danışığına diqqət çəkib.
M.Çavuşoğlu bildirib ki, danışıq zamanı Putin Ərdoğana Ukrayna prezidenti Zelenski ilə görüşməyinin əleyhinə olmadığını söyləyib:
“Biz Rusiya və Ukrayna liderlərinin görüşünün təşkili üçün səy göstəririk. Putin bizim prezidentlə telefon danışığı zamanı belə görüşün əleyhinə olmadığını deyib.Ukrayna tərəfi də hazırdır”.

Hərbi-siyasi ekspert Həşim Səhrablı gözlənilən Putin-Zelenski görüşündən “Sherg.az”a danışarkən bildirib ki, hazırkı stiuasiyada tərəflərin yaxın günlərdə görüşməsi mümkün görünmür:
“Bu ən azı bir həftə və ya on gün sonra ola bilər. Çünki yalnız bu müddət ərzində tərəflərdən biri müharibədə qalib gəlmə imkanlarının doğru dəyərləndirməsini aparacaq.
Artıq müharibədən 15 gündən çox zaman keçib. Tərəflər hardasa ikisi də eyni nisbətdə davam edirlər. Hazırkı duruma uyğun olaraq hansı tərəfin məğlub, hansının qalib olacağını demək çətindir. Döyüşlər son günlər belə davam edəcək. Sonra isə tərəflərdən biri artıq qalib gəlmə ehtimalının zəifliyini başa düşəcək. Belə olduqda prezidentlərin görüşlərini gözləmək mümükündür”.
Ekspertin fikrincə, tərəflər arasında baş tutması ehtimal olunan görüş yekun nəticələrin əldə edilməsinə istiqamətlənmiş bir qarşılaşma olacaq:
“Burda da tərəflər bir-biri ilə kompromisə girərək ,bir-birinə güzəştlər edərək yekun nəticələr əldə edəcəklər. Amma hər an mövcud vəziyyət dəyişə də bilər. Hazırda Rusiyanın imkanları nə qədər məhdudlaşmağa doğru getsə də, son günlər onun Çindən və digər ölkələrdən hərbi dəstək istəməsi ilə bağlı xəbərlər eşidirik. Bunlar rəsmi məlumatlar olmasa da, Kremlin belə bir addım atması mümkündür. Çünki hücum edən tərəf Rusiyadır.
Döyüş qayadalarına görə də hücum edən tərəfin qüvvələri müdafiə olunan tərəfin qüvvələrindən daha tez tükənir. Hazırkı durumda Rusiyanın qələbə qazanması üçün onun indikindən üç və ya dörd dəfə daha artıq canlı və texniki qüvvə ilə hücuma keçməsi lazımdır. Onun hərbi gücü isə buna imkan vermir. Bilirik ki, Rusiyanın öz əraziləri də böyükdür.
O öz sərhədlərini də nəzarətsiz buraxa bilməz”. H.Səhrablının qənaətincə,cəbhədə hansı tərəf güclü olacaqsa, masaya da həmin ölkənin rəhbəri daha sağlam oturacaq:
“Nəticədə həmin güclü tərəfin istəkləri daxilində müzakirələr davam etdiriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm