Gürcüstanda hökumət prezidenti məhkəməyə verəcək
Yusif Nəzərli
12:49 15.03.2022
Siyasət
790
Gürcüstanın hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası ölkə Prezidenti Salome Zurabişvilini Konstitusiyanı pozmaqda ittiham edib və yaxın vaxtlarda bununla bağlı ölkənin Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, Prezident Salome Zurabişvili Avropaya səfərlər və siyasi liderlərlə “qeyri-rəsmi” görüşlərlə bağlı yanlış fikirdədir.
“Təəssüf ki, Gürcüstan prezidentini yanıldıblar. Demək istəyirəm ki, o, anlaşılmaz vəziyyətə düşüb. Ümid edirəm ki, hər şey tezliklə aydınlaşacaq və bu məsələlər öz həllini tapacaq”, - deyə Gürcüstan Nazirlər Kabinetinin rəhbəri bildirib.
Qaribaşvili diqqəti ona çəkib ki, Konstitusiyaya uyğun olaraq, prezident səfərlərini hökumətlə razılaşdırmalıdır. O xatırladıb ki, ölkənin əsas qanununda deyilir: Gürcüstanın xarici siyasətini parlament müəyyən edir və Gürcüstan hökuməti həyata keçirir.
“İlk növbədə, biz Gürcüstan prezidentini ölkə Konstitusiyası və xüsusilə üç əsas konstitusiya orqanının - parlament, hökumət və prezidentin - konstitusiya səlahiyyətləri ilə tanış olmağa çağırmaq istəyirik”, - deyə partiyanın bəyanatında qeyd edilir.
Xatırladaq ki, Salome Zurabişvili bundan bir gün əvvəl hökumətin imtinası səbəbindən işgüzar səfərlərini ləğv etməli və Avropada qeyri-rəsmi, şəxsi görüşlər keçirməli olduğunu deyib. Zurabişvili Rusiyanın Ukraynaya müdaxiləsindən az sonra bir neçə ölkənin yüksək səviyyəli rəsmiləri və Avropa İttifaqının rəhbərliyi ilə görüşüb.
Mənbə: Sputnik Gürcüstan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm