"Hərbi təlimlərimiz Paşinyana ciddi mesajdır" - AKTUAL
Turan
09:50 19.09.2019
Siyasət
862
“Azərbaycan ordusunun genişmiqyaslı təlimləri danışıqlar prosesindan yayınan Paşinyan üçün ciddi mesajdır”. Bunu “Sherg.az”a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Siyasi şərhçi bildirib ki, Paşinyan öz daxili problemlərinin girdabına doğru gedir: “Paşinyanın komandası ondan üz döndərir. Bu vəziyyət Paşinyanın siyasi dayaqlarının zəifləməsinə və Qarabağla bağlı ritorikasının dəyişməsinə gətirəcək. Qeyd edim ki, Ermənistanda inqilab hökuməti demək olar ki, ölkənin inkişafına heç bir müsbət islahatlar gətimədi. Ölkədə düşmənçiliyə və qütbləşməyə səbəb oldu. Kreml ciddi şəkildə Paşinyanın hakimiyyətinin laxlanmasına çalışır və onun komandasının dağılması istiqamətində ciddi iş aparır. Məhz onun hökumətinin üzvülərinin istefaya getməsində Kremlin izini istisna etmirəm”.
Analitikin sözlərinə görə, Ermənistana iqtisadi-hərbi və kəşfiyyat baxımından nəzarət edən Rusiyanın Paşinyanın komandasını dağıtması elə də çətin bir məsələ deyil:
“Paşinyanın silahdaşlarının ondan üz döndərməsi və ağırlaşan iqtisadi durum xalqın narazılığına səbəb olacaq. Moskva prosesləri bu istiqamətdə planlayır. Nəticədə, zəifləmiş Paşinyan güclənən “Qarabağ klanı” ilə danışıqlara gedə bilər. Bu da Paşinyanın siyasi sonu demək olacaq. Əgər, Paşinyan Qərblə normal əməkdaşlığa gedib, ABŞ-ın siyasətinə uyğun davranarsa, hakimiyyətdə qalmaq şansı var. Bu şans da Qarabağ münaqişəsinin həlli və Rusiya ilə konkret şəkildə məsafə saxlamaqdır. Amma, Paşinyan iki stolda oturmağa can atdığı üçün hər iki tərəf onu stoldan aşırmağa başlayır. Azərbaycan yalnız cəbhədə ciddi təzyiqləri davam etdriməli və Moskva ilə danışıqlar aparmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region
Kobaxidze istefası ilə bağlı xəbərləri şərh edib
12:53 23.04.2026
Region
Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə olub
12:42 23.04.2026
Gündəm
TƏBİB kadr dəyişiklikləri ilə bağlı açıqlama yayıb
12:39 23.04.2026
Aktual
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib
12:34 23.04.2026
Şou