Həsənquliyev niyə Seyidovun dairəsindən namizəd oldu? - SƏBƏB
Turan
09:37 25.12.2019
Siyasət
967
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bu dəfə namizədliyini 36 saylı Xətai dördüncü seçki dairəsindən irəli sürdüyünü deyib. Məlumdur ki, partiya rəhbəri ötən parlament seçkilərində 7 saylı Ordubad-Culfa Seçki Dairəsindən deputat seçilib.
Onun hazırda namizədliyini irəli sürdüyü 36 saylı Xətai dördüncü seçki dairəsini isə Yeni Azərbaycan Partiyasının üzvü Səməd Seyidov təmsil edirdi.
Səməd Seyidov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin seçiminə münasibət bildirərkən deyib ki, hər kəs istədiyi dairədən namizədliyini irəli sürə bilər:
“Qüdrət Həsənquliyevin istənilən dairədən namizədliyini vermək imkanı və hüququ var. Buna qarşı çıxmaq doğru hal deyil”.
Qüdrət Həsənquliyevin dairəsini dəyişdirməsinin səbəbi və partiyanın seçkiyə hazırlığı ilə bağlı Sherg.az-a danışan BAXCP sədrinin müşaviri Azər Qasımov növbədənkənar parlament seçkisinə 32 namizədlə qatılacaqlarını deyib. Partiya təmsilçisinin sözlərinə görə, BAXCP sədri bu dəfə seçkilərə namizədliyini 36 saylı Xətai dördüncü seçki dairəsindən verməyi qərara alıb:
“Bu, Qüdrət bəyin şəxsi təşəbbüsüdür. Partiyada hər iddialı şəxs özünün məqbul bildiyi dairədən namizədliyini verib. Yəni, partiya rəhbərliyinin namizədlərə heç bir xüsusi göstərişi olmayıb. Əslində, seçkiyə daha çox namizəd vermək imkanımız var idi. Lakin İdarə Heyətinin iclasında belə qərara aldıq ki, daha çox keyfiyyətə üstünlük verək, nəinki kəmiyyətə. Daha yaxşı seçki kampaniyası aparmaq üçün layiqli namizədlərlə seçkiyə getməyi düşünürük. Ona görə də qüvvələrimizi səfərbər etmişik. Qüdrət bəyin BAXCP tərəfindən namizədliyi verilib, dairə isə öz istəyidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya