
İki ölkə arasında anlaşma yaranıb -ŞƏRH
İki ölkə arasında anlaşma yaranıb -ŞƏRH
Yusif Sultanoğlu
02:04 03.05.2024
Siyasət
372
Sülhə mane olan əsas məsələlər həll edilib
Anklav, eksklavların taleyi, delimitasiyanın yekunlaşması, kommunikasiyaların açılması kimi məsələlər zamanla həll edilə bilər
Prezident İlham Əliyevin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı bir çox baxımdan diqqət çəkir. Dövlət başçısının çıxışı zamanı toxunduğu mühüm məqamlardan biri də Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının ikitərəfli qaydada getməsi və müəyyən nəticələrin əldə olunması ilə bağlı idi. Ölkə rəhbəri vurğuladı ki, sərhədlərin delimitasiyası başlayıb, hətta işlər aparılır: “Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər”.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanla Azərbaycan arasında münaqişənin 30 ildən çox davam etməsinin ən böyük səbəbi vasitəçilər əsasında aparılan danışıqlardır. Analitik diqqətə çatdırıb ki, Fransa, ABŞ, Rusiyanın uzlaşmayan maraqları, status-kvonun dəyişməsində maraqlı olmamaları və digər faktorlar səbəbindən proses dalana dirəndi:
"Azərbaycan sona qədər diplomatik fəaliyyəti davam etdirib sülhə sadiq olduğunu bildirsə də, müharibə qaçılmaz oldu. Ölkə başçısının da dediyi kimi, sülh müharibə yolu ilə əldə edildi.
Bu gün regionda 30 il ərzində əldə edilməsi mümkün olmayan bir sabitlik və konstruktiv danışıqlar mövcuddur. Ermənistanla Azərbaycan arasında hazırda real sülh danışıqları gedir, lakin prosesə mane olmaq istəyən qüvvələr də var. Onlar illər ərzində münaqişənin uzanmasında maraqlı olan qüvvələridir. Prezident qeyd etdi ki, biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik. Vurğuladı ki, otuz illik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik: "Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər". Rəsmi Bakı ən qısa zamanda sülhün əldə edilməsini istəyir. Hətta Prezidentin dediyi kimi, COP29-a qədər sülh müqaviləsi imzalana bilər. Təbii ki, prosesin uzanması mümkündür, amma danışıqlar bu tempdə davam edərsə, sülh yaxındır".

Ekspert bəyan edib ki, Prezident çıxışı zamanı müharibədən sonra regionda yaranmış vəziyyətə də toxunub:
"Ölkə başçısı Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təklifi irəli sürdüyünü, hətta baza prinsipləri və sülh sazişi layihəsini hazırladığını vurğulayıb. Prezidentin dediklərini ilkin sülh sənədinin hazırlandığı və imzalana biləcəyi kimi başa düşmək olar. Prinsipial məsələlərə dair iki ölkə arasında razılıqlar var. Ən əsası delimitasiya prosesi davam edir və sərhəd komissiyalarının görüşü davamlı hal alıb. Sülhə mane olan əsas məsələlər həll edilib. Anklav, eksklavların taleyi, delimitasiyanın yekunlaşması, kommunikasiyaların açılması kimi məsələlər zamanla həll edilə bilər. Əsas məsələ ilkin sülh müqaviləsinin imzalanmasıdır. Proses ona doğru gedir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm