
İmzalanan sazişlər Pakistan-Azərbaycan münasibətlərin inkişafında yeni imkanlar yaradacaq -ANALİZ
12:54 25.02.2025
Siyasət
519
Azərbaycan və Pakistan arasındakı iqtisadi əlaqələr strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu sahədə əməkdaşlığı artırmaq üçün ciddi səylər göstərir. İkitərəfli iqtisadi münasibətlərin inkişafı prioritetdir və bu məqsədlə müxtəlif görüşlər, iqtisadi forumlar və hökumətlərarası komissiyalar təşkil edilir. Ticarət dövriyyəsinin artırılması məqsədilə bir çox layihələr həyata keçirilir və yeni təşəbbüslər üzərində iş aparılır. Son illərdə ticarət həcmi artsa da, tərəflər daha böyük artım əldə etmək üçün birgə fəaliyyət göstərir. Həmçinin, biznes mühitinin yaxşılaşdırılması və sərmayələrin artırılması üçün müzakirələr davam edir. Kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti və digər sahələrdə geniş potensial mövcuddur. Azərbaycanın neft-qaz təcrübəsi və enerji resursları Pakistan üçün önəmlidir, Pakistan isə əczaçılıq, tekstil və aqrar sənayelərdə Azərbaycan bazarında mövqeyini gücləndirə bilər. Ticarət maneələrinin aradan qaldırılması və nəqliyyat marşrutlarının genişləndirilməsi də əsas məqsədlərdən biridir. Azərbaycan və Pakistan, həmçinin D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı artırmaq istəyir. Bu təşəbbüslər, layihələr və qarşılıqlı əməkdaşlıq ölkələrin iqtisadi əlaqələrini gücləndirəcək.
Milli Məclisin deputatı Aydın Hüseynov "Sherg.az"a deyib ki, Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticari əlaqələr sahəsində əməkdaşlığı daha da genişləndirmək üçün indiyədək ciddi səylər göstərilib, müxtəlif səviyyəli görüşlər, iqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclasları keçirilib:

"Ticarət dövriyyəsinin artırılması istiqamətində bir sıra mühüm layihələr reallaşdırılıb və yeni təşəbbüslər irəli sürülüb. Son illərdə qarşılıqlı ticarətin həcmi artsa da, hər iki tərəf bu sahədə göstəricilərin daha da yüksəlməsinə nail olmaq üçün birgə fəaliyyət göstərib. Pakistan və Azərbaycan sahibkarları arasında əməkdaşlığın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və sərmayələrin artırılması üçün davamlı müzakirələr aparılıb. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri və imzalanan yeni sazişlər münasibətlərin inkişafında yeni imkanlar yaradacaq. Eyni zamanda hazırda iki qardaş ölkə arasında ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra layihələr reallaşdırılır. Azərbaycanın Pakistanla kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı üçün böyük potensialı mövcuddur. Azərbaycanın neft-qaz sənayesində qazandığı təcrübə və enerji resursları Pakistan üçün mühüm əhəmiyyət daşıyır. Pakistan isə öz növbəsində əczaçılıq, tekstil, aqrar və emal sənayesi sahələrində Azərbaycan bazarında öz mövqeyini gücləndirə bilər. İki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı ticarət maneələrinin aradan qaldırılması, gömrük və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi əsas məqsədlərdən biridir. Xüsusilə nəqliyyat və tranzit marşrutlarının genişləndirilməsi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına ciddi töhfə verə bilər".
Deputatın sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi, onun Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi Pakistan üçün yeni ixrac imkanları yaradır:
"Qardaş ölkələr müdafiə sənayesi sahəsində də möhkəm təməllərin əsasını qoyub. Azərbaycan bu ölkədən müasir müdafiə vasitələri, sənaye ləvazimatları və digər hərbi təyinatlı məhsullar alır. Eyni zamanda, hər iki ölkə birgə güclü və modern müdafiə sənayesi infrastrukturu üzərində yeni sənaye sahələrini yaratmağı planlaşdırır. Səfər çərçivəsində bu mövzu da əsas diqqət mərkəzində olub və artıq birgə istehsal müəssisələrinin yaradılması razılaşdırılıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm