İran 44 günlük müharibə zamanı nə edib? - Şok etiraf
İran 44 günlük müharibə zamanı nə edib? - Şok etiraf
13:33 15.07.2024
Siyasət
413
2020-ci ildə 44 günlük müharibə davam etdiyi zaman İranda münaqişənin həlli üçün təkliflər sənədi hazırlandı.
Sherg.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin Tehranda nəşr olunan xatirələr kitabında qeyd olunur.
Kitabda Zərif müharibə ərəfəsində İranın 4 ölkəyə təkliflərdən ibarət sənəd göndərdiyini bildirib:
“O zaman xarici işlər nazirinin müavini vəzifəsini icra edən Abbas Arakçı vasitəsi ilə Azərbaycana, Ermənistana, Türkiyə və Rusiyaya müharibənin bitməsi üçün hazırladığımız təklifləri göndərdik. Sənəddə işğalda olan torpaqların azad edilməsi, regionda kommunikasiyaların açılması, etnik azlıqların hüquqlarının qorunması, Tehranın dəstəyi ilə Naxçıvanla Azərbaycan arasında quru yolunun bərpası və Ermənistandan Qarabağa birbaşa dəhlizin fəaliyyət göstərməsi kimi təkliflər yer almışdı. Azərbaycan və Türkiyə təklifimizi müzakirəyə etməyə hazır olduqlarını bildirdilər, ermənilər birmənalı şəkildə rədd etdilər, Rusiya isə ümumiyyətlə reaksiya vermədi.
Biz proseslərdə İranın da iştirakını irəli sürdük, Bakı, İrəvan və Ankara qəbul etdi. Rusiya isə buna ehtiyac olmadığını dedi. Ermənilər bizim göndərdiyimiz o razılaşmanı qəbul etməməklə çox ciddi strateji səhvə yol verdilər. Paşinyan o zamankı təcrübəsizliyi ilə Arakçıya “siz Ermənistanı məğlubiyyəti qəbullanmağa məcbur etmək istəyirsiniz”, – dedi”.
Keçmiş XİN başçısı İranın Qarabağa görə dəfələrlə Ermənistana xəbərdarlıq etdiyini bildirib:
“2020-ci ildə Qarabağ Azərbaycana qayıtdı, Bakı işğalda olan torpaqları azad etdi. Qarabağın işğalda olduğu illər ərzində Tehran dəfələrlə İrəvana xəbərdarlıq edib. Başqa ölkənin ərazisinin işğalı qəbuledilməzdir”.
Zərif dolayı yolla İranın İrəvan üçün daha əlverişli sülh sənədi hazırladığını etiraf edib:
“O vaxt Ermənistanın biabırçı məğlubiyyətindən sonra mən İrəvana səfər etdim. Onlar etiraf etdilər ki, müharibəni daha uyğun razılaşma ilə bitirmək olardı. İrəvanın Tehranın təkliflərinə qarşı inadkar müqaviməti doğru deyildi”.
Qeyd edək ki, Məhəmməd Cavad Zərif 2013-2021-ci illər arasında İranın xarici işlər naziri olub. Danışıqlarda adıçəkilən Abbas Arakçı isə İranın növbəti xarici işlər naziri olmağa əsas namizəddir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə