
İran-Azərbaycan münasibətlərini nə gözləyir?
03:31 24.07.2024
Siyasət
389
Məsud Pezeşkianın dövründə münasibətlər gərginləşməyəcək
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Moctəba Dəmirçilu və Konsulluq Baş İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşlər keçirib. İrandakı Səfirliyimizin məlumatına görə, görüşlərdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb. Qeyd edək ki, Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanın İrandakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a bildirib ki, Azərbaycan daim İranla normal münasibətlər saxlayıb və əlaqələrin yaxınlaşması və yaxşılaşmasında maraqlı olub. Ekspertin sözlərinə görə, həm qonşu kimi, həm də ortaq tarix-mədəniyyətə sahib ölkələr olaraq münasibətlərin yaxşı olmasını istəmişik:

"İranda yaşayan çoxmilyonlu soydaşlarımızın hüquqlarının qorunmasını, dil məsələsinin həllini istəmişik. Lakin müəyyən siyasi münasibətlər zaman-zaman bizi bir qədər uzaqlaşmağa məcbur edib. Şübhəsiz, gərgin münasibətlər İrana da fayda verməz. Hesab edirəm, hazırkı Prezident Məsud Pezeşkianın dövründə münasibətlər gərginləşməyəcək. Amma tam istiləşməsinə də ümid yoxdur. Həmişə münasibətlərin yaxınlığından fars rejimi sui-istifadə edərək din pərdəsi altında öz agentlərini yerləşdirib, ölkəmizin daxili işlərinə müdaxiləyə cəhd edib. Fəqət bunun nəticəsinin faydalı olmadığını da sonda görüb. Ona görə ola bilsin, Tehran yeni dönəmdə səmimiyyətə cəhd etsin. Hər bir halda siyasi münasibətlərin bərpa olunması lazımdır. İranın ideoloji dövlət siyasətini prezident müəyyən etmədiyi üçün əvvəlkindən fərqli durum gözləmək sadəlövhlük olardı. Amma yeni prezidentin Azərbaycan əsilli və müəyyən qədər islahata meyilli olması, şübhəsiz ki, münasibətlərin normallaşmasına vəsilə ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya