İran-Ermənistan münasibətlərində Azərbaycana qarşı çalarlar... – ŞƏRH
Yusif Nəzərli
11:03 11.08.2022
Siyasət
703
İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Danışıqıar zamanı tərəflər qarşlılıqlı əlaqələri müzakirə ediblər. İbrahim Rəisi iki ölkə arasında dərin tarixi əlaqələrin mövcudluğunu vurğulayıb.Onun sözlərinə görə,indi rəsmi Tehran və İrəvan arasında davamlı iqtisadi əməkdaşlıq səviyyəsinin artırılması zəruridir.
N.Paşinyan danışıq zamanı Azərbaycanla sərhəddə baş verən qarşıdurmalar barədə İ.Rəisiyə məlumat verib. İran dövlət baçısı isə:“Üçtərəfli atəşkəs bəyanatını imzalayan dövlətlərin onun müddəalarına sadiq qalması və qalan məsələlərin dialoq və diplomatik yolla həlli Qafqaz regionunda sülh və təhlükəsizliyin bərqərar olmasının ən yaxşı yoludur” – deyə qeyd edib.
Politoloq Sədrəddin Soltan mövcud Ermənistan-İran münasibətlərinin Azərbaycana təsirlərini “Sherg.az”a şərh edib:
“Ermənistan-Rusiya münasibətləri indi müttəfiqlikdən və dostluqdan da irəlidir. Ermənistan Rusiyanın vassalıdır. İrandakı hakimiyyətlə Rusiyadakı hakimiyyət də bir-birini dəstəkləyir. Belə olduğu müddətdə İran-Ermənistan münasibətlərində Azərbaycana qarşı çalarlar hər zaman olacaq”.
Politoloq diqqətə çatdırıb ki,İranla Ermənistanı təkcə Rusiya faktoru deyil eyni zamanda Azərbaycana qarşı xoş olmayan münasibət birləşdirir:
“Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qarşıdır. İran isə rəsmi Bakının güclənməsini istəmir. Hər iki ölkə hakimiyyəti Azərbaycana qarşı bu mövqedən çıxış edir.
Belə davam etdiyi müddətdə də hər iki ölkə ilə münasibətlərimiz tam şəkildə normallaşmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq