İran səhvini anlayır !- “Azərbaycan müharibənin taleyini həll edib!” – Dünya da görür !
Banuçiçək Kalbalıyeva
10:05 04.11.2020
Siyasət
1112
“Son vaxtlar rəsmi Tehranın bəyanatlarına redaktələr etməsi məhz bununla bağlıdır”
“İkinci bir tərəfdən isə İran indi “ofsaytdır”. O, müharibənin iştirakçısı kimi çıxış edə bilmir və kənarda qalır”
“Eyni zamanda, müharibədən sonra bölgədə geosiyasi formatın dəyişəcəyi məlumdur. O vaxt “zəif bənd”ə çevrilmək İran üçün arzuolunan deyil”
İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi Dağlıq Qarabağ müharibəsindən danışıb. O qeyd edib ki, Ermənistan işğal etdiyi bütün Azərbaycan ərazilərini Azərbaycana qaytarmalıdır. Ali rəhbərin sözlərinə görə, bununla da Azərbaycan əraziləri işğaldan azad edilməlidir. Ayətullah Əli Xameneyi, həmçinin beynəlxalq sərhədlərə riayət olunmasının zəruriliyini vurğulayıb. Elə isə, “gah nala, gah mıxa vuran” rəsmi cənub qonşumuz nə qədər səmimidir? Hər halda nəzərə almaq lazımdır ki, İranın bəyanatları bir çox hallarda bir-biri ilə ziddiyət təşkil edir. Deməli, hərb dili ilə desək, bu açıqlama da bizi “mina”ya çəkməyə hesablana bilər.
Siyasi analitik Turab Rzayev isə düşünür ki, cənub qonşumuz sözügedən açıqlamaya məcbur idi. O, “Sherg.az”a səbəbləri açıqlayıb:
“Bu, gözlənilən idi. Hər şeydən əvvəl ona görə ki, Azərbaycanın müharibənin taleyini, demək olar, artıq həll etdiyini bütün dünya, o cümlədən İran görür. Biz güc yolu ilə status-kvonu dəyişmişik. Odur ki, rəsmi Tehran Azərbaycan əleyhinə bəyanatların özünə qalacağını bilir. Hərbi əməliyyatlardan sonra bizim yaddaşımızda haqq işimizə mane olan tərəf kimi qalacağını anlayır.
Son vaxtlar bəyanatlarına redaktələr etməsi məhz bununla bağlıdır. İkinci bir tərəfdən isə İran indi “ofsaytdır”. O, müharibənin iştirakçısı kimi çıxış edə bilmir və kənarda qalır”.
T.Rzayev, həmçinin İranın bu mövqeyinə təsir göstərən digər məqamlardan da söz açıb:
“Orada daxili problemlər yaranmaqdadır. Bir tərəfdən iqtisadi-siyasi böhran dərinləşir, digər tərəfdən isə soydaşlarımızın narazılıqları artmaqdadır.
Bildiyiniz kimi, Ermənistana silah daşınmasına İranın şərait yaratması daxili narazılıqlara səbəb olub. Hətta böyük şəhərlərdə, o cümlədən paytaxt Tehranda, Urmiyada, Salmasda ciddi etirazlar baş verir.
Təbriz bazarı, Ermənistanla sərhəd qapısı bağlanıb. Yəni İran gördü ki, onun Azərbaycan əleyhinə mövqeyi heç də xoş qarşılanmır. Eyni zamanda, müharibədən sonra bölgədə geosiyasi formatın dəyişəcəyi məlumdur.
O vaxt “zəif bənd”ə çevrilmək İran üçün arzuolunan deyil. Amma radikal mövqeyi, Azərbaycan və Türkiyə ilə düşmənliyi sayəsində hansısa müsbət nəticəyə nail olmayacağını anlayır. Bəlkə, vaxtında daha adekvat davransa idi, gələcək dünyada mövqeyini təmin edə bilərdi. Lakin indi də gec deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə