İrəvan faşizmi dövlət siyasəti kimi qəbul edir - ŞƏRH
Turan
08:10 20.02.2020
Siyasət
892
Rusiya tarixçisi, publisist Dionis Kaptar hücum mövqeyi tutmağa və nasizm tərəfdarlarının qəhrəmanlaşdırılmasının qarşısını almaq üçün tədbir görülməsinə çağırış edib. “Rusiya xalqlarının Böyük Vətən Müharibəsi haqqında tarixi yaddaşı. Nəsillərin əlaqəsi” adlı "dəyirmi masa"da çıxış edən Kaptar həm Rusiyanı, həm də dünya ölkələrini nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmin və irqi ayrı-seçkiliyin yayılmasına qarşı çıxmağa səsləyib.
Tədbirdə ermənilərin faşist Qaregin Njdeyə abidə ucaltması faktı da ciddi tənqid olunub. Siyasi şərhçilərin fikrincə, ara-sıra gündəmə gələn, lakin sonra səngiyən bu məsələni daim gündəmdə saxlamaq və erməniləri ifşa etmək lazımdır. Ən əsası isə Qaregin Njde söhbətindən istifadə edərək İrəvanı himayə edən Moskvanı düşmən ölkəyə qarşı sərt mövqe sərgiləməyə sövq etməyə çalışmalıyıq.
Növbəti dəfə gündəmə gətirilən məsələni “Şərq”ə şərh edən AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib ki, ermənilərin faşist Qaregin Njdeni “qəhrəman”laşdırması və İrəvanda ona abidə ucaldılması həm müttəfiqi Rusiyaya, həm də dünya ictimaiyyətinə meydan oxumaqdır:
“Faşizm bir mənfur ideologiya kimi hətta Almaniyanın özündə qadağan edilib. Ermənistanın belə bir addımı bir daha sübut etdi ki, İrəvan faşizmi dövlət siyasəti kimi qəbul edib. Fikrimcə, Qaregin Njdeyə heykəl qoyulmasının qabardılması ilə yanaşı, əsas diqqəti Ermənistan dövlətinin bunun timsalında yürütdüyü faşizm, təcavüzkar və terrorçu siyasətə yönəltmək lazımdır. Görün, faşizmə rəğbət bu ölkədə necə genişdir ki, o ideologiyaya və o rejimə qulluq edən qatillər “qəhrəman”laşdırılır. İfşa siyasətini davamlı etməliyik. Çünki davamlı olmasa, istənilən nəticə verməz. Njde heykəli erməni məkrinin, erməni simasının əsl ifşasıdır. Azərbaycan tərəfi də bu imkandan məharətlə bəhrələnməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə