
İrəvan hökuməti iki yerə bölünüb - Akif Nağı
00:33 10.01.2024
Siyasət
640
Rəsmi xətt Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı olduğunu göstərməyə çalışır
Xəbər verdiyimiz kimi, erməni mediası guya, Azərbaycan Ordusunun əsgərlərinin Göyçə mahalının Zod kəndinə girməsi barədə iddia yayıb. “Hraparak” “öz mənbəsinə istinadla” Azərbaycan əsgərlərinin Zod kəndi istiqamətində erməni hədəflərini atəşə tutduğunu, “xoşbəxtlikdən” heç bir itki olmadığını iddia edib. Hətta azərbaycanlı əsgərləri Zod mədəninin tualetinə girərək, “ermənilər üçün” siqaretlər qoyduğunu və təhqiramiz sözlər yazdığını da bildirib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan isə bu xəbərin uydurma olduğunu deyib. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin dekabrın 31-dən yanvarın 1-dək Ermənistan silahlı qüvvələrinin Zod kəndi istiqamətində atəş açması barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil. Torosyan habelə Azərbaycan tərəfinin bundan əvvəl diversiya cəhdi törətməyə çalışması barədə məlumatı da yalan adlandırıb.
Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında deyib ki, Nikol Paşinyan hökuməti Azərbaycanla sülh sazişinin bağlanmasında maraqlı olsa belə daxildə buna qarşı çıxanlar, mane olmaq istəyənlər var. Partiya rəhbərinin sözlərinə görə, hakimiyyət daxilində də sülhə əngəl törədənlər, prosesi uzatmağa çalışanlar yox deyil:

"Ermənistan ordusunda da sülh prosesində irəliləyişə zərbə vurmağa hazır olanlar var. İrəvan hökuməti ikili vəziyyətdədir. Rəsmi xətt Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı olduğunu göstərməyə çalışır. Çünki sülhün əldə olunması, sabitlik və kommunikasiyaların bərpası, regional əməkdaşlıq ilk növbədə Ermənistana lazımdır. İrəvan hökumətinin başçısı mövcud reallıqları dərk edir. Son günlər atılan addımlar, verilən açıqlamalar da bunu göstərir. Digər yandan Ermənistan görür ki, artıq kənar güclərin yardımı, dəstəyi fayda vermir. Heç bir dövlət İrəvanın arxasında dayanmır. Paşinyan anlayır ki, Türkiyə və Azərbaycanla razılığa gəlməzsə, qonşularla əlaqələr, iqtisadi əməkdaşlıq bərpa olunmazsa, Ermənistan üçün çox çətin olacaq. Ona görə də ehtiyatlı açıqlamalar verirlər, erməni kilsəsinin katolikosunun sərsəm müraciətinin yayılmasını istəmirlər. Yəni Azərbaycanla növbəti qarşıdurmaya getmək, sülh danışıqlarına zərbə vurmaq istəmədiklərini göstərirlər. Ancaq hər şey Paşinyan hökumətinin siyasi iradəsindən və prosesdə nə qədər səmimi olacağından asılıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya